• $
  • £

Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik - XİN

Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik - XİN
24.06.2026 18:03

Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq, “Dağlıq Qarabağdan köçürülmüş” ermənilərə dəstək, “erməni məhbuslarının taleyi və onların azad edilməsi”, “erməni dini və mədəni irsi,” “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları”, habelə “Azərbaycanda insan hüquqları” kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin 23 iyun tarixində Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik.Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa Milli Assambleyasının üzvlərinin suallarına əsassız cavablarına dair şərhində bildirib.

Ayxan Hacızadə vurğulayıb ki, Fransa tərəfinin cavabları onun Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı uzun müddətdir nümayiş etdirdiyi qərəzli yanaşmanın növbəti nümunəsidir.

"Cavablarda Ermənistanın təhlükəsizliyi, “Dağlıq Qarabağdan olan ermənilər”, “Azərbaycanda saxlanılan erməni əsilli şəxslər” kimi məsələlərə geniş yer ayrılsa da, Ermənistanın Azərbaycan ərazilərinin təxminən 30 il davam etmiş işğalı, bu müddətdə törədilmiş dağıntılar, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi, itkin düşmüş şəxslərin taleyi və Ermənistanın mina təhdidi kimi məsələlərə toxunulmaması təəssüf doğurur".

Onun sözlərinə görə, Fransa tərəfinin özünü sülh prosesinin tərəfdarı kimi təqdim etməsinə baxmayaraq, Ermənistanla müdafiə əməkdaşlığını xüsusi vurğulaması və EUMA missiyasının fəaliyyətini təşviq etməsi Fransanın regionda neytrallıqdan tamamilə uzaq olduğunu bir daha göstərir:

"Fransanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi, onu silahlandırması və regionda birtərəfli siyasi mövqe sərgiləməsi sülhə xidmət etmir. Əksinə, bu cür addımlar revanşist meylləri təşviq edir və normallaşma prosesinə zərbə vurur".

XİN rəsmisi bildirib ki, “Erməni əsirləri və saxlanılan şəxslər” barədə səsləndirilən iddialar reallıqlara tamamilə ziddir.

"Bu məsələnin siyasi manipulyasiya predmetinə çevrilməsi və məhkəmənin qərarının sual altına alınması cəhdləri qəbuledilməzdir. Azərbaycanda saxlanılan erməni əsilli şəxslər milli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun olaraq konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Ermənistanla yanaşı Fransanın da 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və digər erməni əsilli şəxslər müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərə görə məhkum ediliblər və cəzalarını çəkirlər".

Ayxan Hacızadə qeyd edib ki, Ermənistanda və keçmiş işğal edilmiş ərazilərdə Azərbaycan mədəni irsinin məhv edilməsi, məscidlərin dağıdılması və vandalizmə məruz qalması faktlarını görməməzliyə vuran Fransa tərəfinin “erməni mədəni və dini irsi” ilə bağlı iddiaları şərh etməsi gülüncdür.

"Qeyd edilənlərlə yanaşı, siyasətçilərin çoxsaylı korrupsiya faktları, polis zorakılığı, etirazçıların sərt şəkildə dağıdılması, jurnalistlərə qarşı təzyiqlər, miqrantların hüquqlarının pozulması və dini ayrı-seçkiliklə bağlı çoxsaylı nümunələrlə, eləcə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən zorakılıqlarla yadda qalan Fransanın Azərbaycana insan hüquqları ilə bağlı dərs verməyə çalışması təəccüb doğurur.

Fransa XİN-in cavabları bir daha göstərir ki, Paris hələ də regionun reallıqlarını qəbul etməkdə çətinlik çəkir və Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə vermək əvəzinə, köhnəlmiş və birtərəfli siyasi yanaşmaları davam etdirir. Bu isə Fransanın həm regiondakı nüfuzuna, həm də etibarlı tərəfdaş imicinə ciddi zərbə vurur", - deyə XİN rəsmisi fikirlərini yekunlaşdırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov TBMM sədri Numan Kurtulmuşla görüşüb
Siyasət 18:15
Əli Əsədov TBMM sədri Numan Kurtulmuşla görüşüb
Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik - XİN
Siyasət 18:03
Fransa XİN-in əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik - XİN
Prezident Qalibafı qəbul edib
Siyasət 17:50
Prezident Qalibafı qəbul edib
İlham Əliyev TBMM sədri Numan Kurtulmuşu qəbul edib
Siyasət 15:07
İlham Əliyev TBMM sədri Numan Kurtulmuşu qəbul edib
BƏƏ regionda mülki obyektlərə hücumları pisləyib
Siyasət 15:01
BƏƏ regionda mülki obyektlərə hücumları pisləyib
İƏT Parlament İttifaqına sədrliyin Azərbaycana keçməsi mühüm əhəmiyyət daşıyır
Siyasət 14:40
İƏT Parlament İttifaqına sədrliyin Azərbaycana keçməsi mühüm əhəmiyyət daşıyır
İran ABŞ və İsrailin məqsədlərinə nail ola bilmədiyini bildirib
Siyasət 14:21
İran ABŞ və İsrailin məqsədlərinə nail ola bilmədiyini bildirib
İlham Əliyev: Azərbaycan 2027-ci ildə İƏT-ə sədrliyi üzərinə götürəcək
Siyasət 11:00
İlham Əliyev: Azərbaycan 2027-ci ildə İƏT-ə sədrliyi üzərinə götürəcək
İran parlamentinin sədri Azərbaycana səfərə gəlib
Siyasət 08:39
İran parlamentinin sədri Azərbaycana səfərə gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol