• $
  • £

Deputat: yerli məhsulların daxili bazarda rəqabət qabiliyyəti artacaq

Deputat: yerli məhsulların daxili bazarda rəqabət qabiliyyəti artacaq
30.06.2026 12:43

"Ələt Azad İqtisadi Zonası haqqında" qanuna təklif edilən dəyişikliklər azad iqtisadi zonalarda istehsal olunan Azərbaycan mənşəli məhsulların daxili bazarda rəqabət qabiliyyətinin artırılmasına və investisiya mühitinin yaxşılaşdırılmasına xidmət edəcək. Bunu Milli Məclisin deputatı Rövşən Muradov bildirib.

Deputatın sözlərinə görə, dəyişikliklərin əsas məqsədi yüksək əlavə dəyər yaradan investisiya layihələrinin həyata keçirilməsini təşviq etmək, sənaye istehsalını inkişaf etdirmək, qeyri-neft sənayesinin rəqabət qabiliyyətini artırmaq və Azərbaycanın regiondakı digər azad iqtisadi zonalarla rəqabət üstünlüyünü qorumaqdır.

Muradov qeyd edib ki, hazırkı qaydalara əsasən, azad iqtisadi zonada istehsal olunan mallar ölkənin əsas iqtisadi ərazisinə gətirilərkən tətbiq edilən gömrük rüsumları həmin məhsulların daxili bazarda rəqabət imkanlarını zəiflədir. Eyni zamanda, Azərbaycanın azad ticarət sazişləri bağladığı bəzi ölkələrdən, xüsusilə Avropa dövlətlərindən idxal olunan analoji məhsullar bazara sıfır və ya güzəştli gömrük rüsumu ilə daxil olur.

Onun sözlərinə görə, nəticədə Azərbaycanda istehsal edilən məhsullar daxili bazarda bəzi idxal malları ilə müqayisədə daha yüksək gömrük yükü ilə üzləşir ki, bu da investisiya layihələrinin iqtisadi səmərəliliyinə mənfi təsir göstərir.

Deputat bildirib ki, qanun layihəsi bu uyğunsuzluğu aradan qaldıraraq azad iqtisadi zonalarda istehsal olunan yerli məhsulların daxili bazarda idxal məhsulları ilə bərabər rəqabət aparmasına şərait yaradacaq.

Muradovun sözlərinə görə, dəyişikliklər azad zonada istehsal olunmuş müəyyən malların əsas iqtisadi əraziyə gətirilməsi zamanı, mənşə qaydaları və digər qanunvericilik tələbləri yerinə yetirildiyi halda, gömrük rüsumundan azad edilməsini nəzərdə tutur. O vurğulayıb ki, mexanizm yalnız real istehsal fəaliyyəti həyata keçirən müəssisələrə şamil ediləcək və mümkün sui-istifadə hallarının qarşısını almaq üçün konkret şərtlərlə tətbiq olunacaq.

Deputat hesab edir ki, dəyişikliklərin qəbulu yerli və xarici investisiyaların artmasına, yüksək texnologiyalı istehsal layihələrinin reallaşmasına, qeyri-neft sektorunun inkişafının sürətlənməsinə və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcək.

Onun sözlərinə görə, ixracyönümlü müəssisələrin və istehsal güclərinin artması qeyri-neft ixracını genişləndirəcək, ölkəyə əlavə valyuta axını yaradacaq və yerli xammal istehsalçıları ilə xidmət təchizatçılarının istehsal zəncirinə inteqrasiyasını gücləndirəcək.

Muradov əlavə edib ki, yeni iş yerlərinin yaradılması və yüksək ixtisaslı kadrların hazırlanması məşğulluğun artmasına, beynəlxalq istehsal standartlarının tətbiqinin genişlənməsinə, həmçinin uzunmüddətli perspektivdə vergi bazasının genişlənməsi hesabına dövlət büdcəsi gəlirlərinin artmasına şərait yaradacaq.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 13:00
Azərbaycan nefti ucuzlaşıb

ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
İqtisadiyyat 17:07
ADY-də son 6 ayda kükürd daşımaları 31% artıb
Azercell supports women entrepreneurs in Guba through StartHer initiative
İqtisadiyyat 16:06
Azercell supports women entrepreneurs in Guba through StartHer initiative
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
İqtisadiyyat 15:59
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib

DSMF-nin xərcləri 380 milyon manat artıb
İqtisadiyyat 13:38
DSMF-nin xərcləri 380 milyon manat artıb
Уборка зерновых в Азербайджане выполнена почти на 67%
İqtisadiyyat 13:20
Уборка зерновых в Азербайджане выполнена почти на 67%

Azərbaycanda orta aylıq əməkhaqqı 7 %-dən çox artıb
İqtisadiyyat 12:54
Azərbaycanda orta aylıq əməkhaqqı 7 %-dən çox artıb

Pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
İqtisadiyyat 12:14
Pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan və gübrə göndəriləcək
İqtisadiyyat 12:10
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan və gübrə göndəriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol