• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov Katrin Bomberger ilə görüşüb

Ceyhun Bayramov Katrin Bomberger ilə görüşüb
30.06.2026 18:07

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberger ilə görüşüb.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə ICMP arasında əməkdaşlıq gündəliyi, münaqişədən sonrakı dövrdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən fəaliyyət, habelə bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın hərbi təcavüzü nəticəsində təxminən 4 minə yaxın azərbaycanlının taleyinin bu günədək naməlum qaldığını diqqətə çatdıraraq, itkin düşmüş şəxslər məsələsinin Azərbaycan üçün prioritet humanitar istiqamətlərdən biri olduğunu vurğulayıb. Bu çərçivədə Ermənistan tərəfindən kütləvi məzarlıqların yerləri, basdırılma faktları və mina xəritələri ilə bağlı mövcud məlumatların tam şəkildə təqdim edilməsinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Tərəflər Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair Saziş layihəsində itkin düşmüş şəxslər məsələsinə dair müddəanın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu istiqamətdə etimadın qurulması və humanitar nəticələrin aradan qaldırılması üçün praktiki addımların vacibliyini qeyd ediblər.

Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya arasında formalaşmış faydalı tərəfdaşlıq yüksək qiymətləndirilərək, bu əməkdaşlığın itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, identifikasiya imkanlarının gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfinin 44 günlük Vətən müharibəsindən sonra humanitar öhdəliklərinə sadiq qalaraq, mürəkkəb təhlükəsizlik şəraitinə və mina təhlükəsinə baxmayaraq genişmiqyaslı axtarış işləri həyata keçirdiyini, aşkarlanmış 2 mindən artıq erməni hərbçisinin cəsədini qarşı tərəfə təhvil verdiyini diqqətə çatdırıb. Bu addım Azərbaycanın beynəlxalq humanitar hüquqa hörmətinin və humanitar məsələlərdə konstruktiv yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilib.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkar olunan kütləvi məzarlıqlar, aparılan ekshumasiya və identifikasiya işləri, habelə aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər və ICMP-nin digər ölkələrdə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol