• $
  • £

AZAL yeni nəsil təyyarələrində sərnişinlər üçün uçuşdaxili internet xidmətini istifadəyə verib

AZAL yeni nəsil təyyarələrində sərnişinlər üçün uçuşdaxili internet xidmətini istifadəyə verib
02.07.2026 17:43

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Hava Yolları (AZAL) yeni nəsil təyyarələrdə sərnişinlər üçün internet xidmətinin təşkili ilə bağlı müraciətinə razılıq verib. Bu barədə Dövlət Agentliyindən məlumat verilib.

Qərar Rəqabət Məcəlləsinin təbii inhisar subyektlərinin müəyyən hərəkətlərinə nəzarəti nəzərdə tutan müddəalarına uyğun aparılan araşdırmanın nəticəsində qəbul edilib.

Araşdırma zamanı təyyarələrdə internet xidmətinin təşkili ilə bağlı müqavilələr və digər hüquqi sənədlər təhlil olunub. Nəticədə Dövlət Agentliyi internet xidmətinin yalnız sərnişinin öz seçimi əsasında təqdim edilməsi şərti ilə Azərbaycan Hava Yollarının müraciətini müsbət qiymətləndirib.

“Report”un sorğusuna cavab olaraq AZAL-dan bildirilib ki, yeni xidmət çərçivəsində internet bağlantısı “Viasat” peyk rabitəsi texnologiyası vasitəsilə təmin olunacaq.

Qeyd edilib ki, sərnişinlər uçuş zamanı sərfəli qiymətlərlə limitsiz, yüksək sürətli internetdən istifadə edə biləcəklər.

Biznes sinfi sərnişinləri, eləcə də “AZAL Miles” loyallıq proqramının “Elite” və “Platinum” statuslu üzvləri bortdaxili internet xidmətindən ödənişsiz yararlana biləcəklər. Bunun üçün internetə qoşulma portalında ad, soyad və oturacaq nömrəsini daxil etmək kifayətdir.

İnternetə qoşulma portalı vasitəsilə sərnişinlər, həmçinin heç bir əlavə ödəniş etmədən uçuşdaxili əyləncə sisteminə qoşularaq film, musiqi və digər rəqəmsal məzmunlardan istifadə edə bilirlər.

Uçuşdaxili internet xidməti hazırda AZAL-ın yeni nəsil “Airbus A320neo” və “Airbus A321neo” tipli təyyarələrində mövcuddur. Gələcəkdə donanmaya qoşulacaq bütün yeni nəsil hava gəmilərində də bu xidmət sərnişinlərin istifadəsinə verilir.

“Beləliklə, “Azərbaycan Hava Yolları” istehlakçı hüquqları və rəqabət prinsiplərinə uyğun olaraq sərnişinlərinə müasir, rahat və keyfiyyətli uçuşdaxili internet xidməti təqdim edir”, – məlumatda qeyd olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 23:10
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Bərdədə yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Cəmiyyət 22:25
Bərdədə yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Cəmiyyət 21:44
Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:29
Sabah bu ərazilərdə qaz olmayacaq
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
Cəmiyyət 19:30
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
"TikTok"da ödəniş sistemlərini təqlid edən saytlar aşkarlanıb
Cəmiyyət 19:05
"TikTok"da ödəniş sistemlərini təqlid edən saytlar aşkarlanıb
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Cəmiyyət 18:55
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
Cəmiyyət 18:49
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir
Cəmiyyət 18:11
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol