• $
  • €
  • ₽
  • ₺
  • £

Səfərbərlik Xidməti: Korrupsiya ilə bağlı 88 nəfərin materialları Baş Prokurorluğa göndərilib

Səfərbərlik Xidməti: Korrupsiya ilə bağlı 88 nəfərin materialları Baş Prokurorluğa göndərilib
03.07.2026 10:11

Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) 2026-cı ilin ilk altı ayında korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı 48 fakt üzrə 88 nəfər barəsində toplanmış materialları prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərib.

Qurumun məlumatına görə, hesabat dövründə 75 əməkdaş barəsində intizam və təşkilati-ştat tədbirləri görülüb. Onlardan 42-si rəhbər heyətin üzvləri olub, 2 əməkdaş isə mənfi əsaslarla ehtiyata buraxılıb.

SHXÇDX bildirib ki, şəffaflığın artırılması və korrupsiya risklərinin azaldılması istiqamətində institusional islahatlar davam etdirilir. Qeyd olunub ki, 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən həyata keçirilir.

Qurumun məlumatına əsasən, dövlət orqanları arasında məlumat mübadiləsinin elektronlaşdırılması və rəqəmsal inteqrasiya qərarların operativ və obyektiv qəbul edilməsinə, həmçinin korrupsiya risklərinin azaldılmasına şərait yaradıb.

SHXÇDX qeyd edib ki, hazırda çağırışdan möhlət, hərbi xidmətdən azad olunma, hərbi qeydiyyat, xidmət keçmə və tibbi şəhadətləndirilmənin nəticələri daxil olmaqla bir sıra xidmətlər "MyGov" platforması vasitəsilə elektron formada təqdim olunur.

Qurum həmçinin bildirib ki, hərbi vəzifələrin icrasından yayınan şəxslərə qarşı məsuliyyət tədbirləri sərtləşdirilib və hüquq-mühafizə orqanları ilə birgə onların müəyyən edilərək çağırışa cəlb olunması, eləcə də ölkədən çıxış hüququnun müvəqqəti məhdudlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Cəmiyyət 12:50
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Cəmiyyət 12:13
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Cəmiyyət 12:00
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol