• $
  • €
  • ₽
  • ₺
  • £

“Azenco”nun keçmiş rəhbəri 3 milyon manatdan çox mənimsəmədə ittiham olunur

“Azenco”nun keçmiş rəhbəri 3 milyon manatdan çox mənimsəmədə ittiham olunur
03.07.2026 11:34

“Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevlə əlaqələndirilən “Azenco” şirkətinin sabiq rəhbəri Vüqar Əliyev xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib. Bu barədə "Qafqazinfo" məlumat yayıb.

Məlumata görə, V. Əliyev 3 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. Cinayət işi üzrə ibtidai istintaq başa çatıb və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda mənimsəmə) ilə yekun ittiham elan edilib.

Həmin maddə üzrə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Məlumata əsasən, cinayət işi yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək.

“Azenco” Etibar Pirverdiyevin “Azərenerji”yə rəhbərlik etdiyi dövrdə Azərbaycanda iri enerji infrastrukturu layihələrinin və dövlət büdcəsi hesabına maliyyələşdirilən digər layihələrin icrasında iştirak edib. Şirkət həmçinin Bakıda bir sıra yaşayış binalarının tikintisini həyata keçirib. Pirverdiyevin vəzifədən ayrılmasından sonra şirkətə yönələn dövlət sifarişlərinin və büdcə vəsaitlərinin həcminin əhəmiyyətli dərəcədə azaldığı bildirilir. Vüqar Əliyev 2022–2023-cü illərdə “Azenco”nun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Cəmiyyət 12:50
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Cəmiyyət 12:13
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Cəmiyyət 12:00
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol