• $
  • €
  • ₽
  • ₺
  • £

Elm və Təhsil Nazirliyinin 9,8 milyon manatlıq tenderində yenə “Simplex” qalib olub

Elm və Təhsil Nazirliyinin 9,8 milyon manatlıq tenderində yenə “Simplex” qalib olub
03.07.2026 15:05

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi maşın və avadanlıqların satınalması üzrə tenderi yekunlaşdırıb.

 

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata görə, tenderin qalibi “Simplex” QSC olub.

 

Məlumata əsasən, idarə 244 adda məişət, ofis, musiqi alətləri və video avadanlığın alınması üçün şirkətlə 9 milyon 766 min 609,9 manat dəyərində müqavilə bağlayıb.

 

“Simplex” QSC əvvəlki illərdə də dövlət qurumlarının, o cümlədən Elm və Təhsil Nazirliyinin iri məbləğli satınalmalarında qalib olub.

 

Şirkət 2022-ci ildə dövlət qurumları tərəfindən keçirilən tenderlərdə 8 dəfə qalib elan edilib. Bunlardan 4-ü Elm və Təhsil Nazirliyinin tenderləri olub.

 

Həmin il “Simplex” QSC qalib olduğu tenderlər üzrə ümumilikdə 43 milyon 781 min manatlıq müqavilələr bağlayıb. Bu məbləğin 43 milyon 322 min manatlıq hissəsi Elm və Təhsil Nazirliyinin nəzdindəki Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə bağlanmış müqavilələrin payına düşüb.

 

Satınalma portalında yer alan məlumatlara görə, 2021-ci ildə “Simplex” QSC Elm və Təhsil Nazirliyindən “maşın və avadanlıqlar” üzrə 241 milyon 673 min 225 manatlıq, “idman inventarı və digər avadanlıqların satın alınması” üzrə isə 146 milyon 486 min 551 manatlıq sifarişlər alıb. Bununla belə, portalda müqavilə məbləğlərinin texniki səhvlə daxil edilməsi hallarının mümkün olduğu da qeyd olunur.

 

“Simplex” QSC 2021-ci ildə 24 dəfə tender və müsabiqə qalibi olub. Şirkətin həmin dövrdə ən böyük məbləğli müqavilələri Elm və Təhsil Nazirliyi ilə bağladığı bildirilir.

 

Açıq mənbələrdə qeyd olunur ki, Elm və Təhsil Nazirliyi “Simplex” QSC-dən idman inventarı və avadanlıqlar, maşın və avadanlıqlar, dəftərxana ləvazimatları, təsərrüfat malları, yumşaq inventar, yataq ləvazimatları, xüsusi geyimlər və kartriclər satın alır.

 

2015-ci ildən fəaliyyət göstərən “Simplex” QSC məhsul və xidmətlərin tədarükü üzrə ixtisaslaşıb.


Şirkətin nizamnamə kapitalı 2 min manatdır. Qanuni təmsilçisi Fətullayev Elmir Tofiq oğludur.

 

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Cəmiyyət 12:50
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Cəmiyyət 12:13
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Cəmiyyət 12:00
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol