• $
  • £

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır
03.07.2026 16:42

Ölkənin birinci bankı Kapital Bank müştərilərinə daha rahat və əlçatan xidmət göstərmək məqsədilə xidmət şəbəkəsini genişləndirməyə davam edir. Bank bu istiqamətdə yeni konsept əsasında inşa olunan İçərişəhər və Masazır filiallarını müştərilərinin istifadəsinə verib. Bununla da Kapital Bank hazırda 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankdır.

Kapital Bank gündəlik bank əməliyyatlarının böyük hissəsini Birbank mobil tətbiqi vasitəsilə müştərilərinə tam rəqəmsal şəkildə təqdim edir. Bankın yanaşması müştərinin harada yaşamasından və ya işləməsindən asılı olmayaraq ona həm rəqəmsal, həm də fiziki xidmət kanallarında eyni rahat və keyfiyyətli bankçılıq təcrübəsini təqdim etməkdir.

Yeni filiallar tamamilə yeni konsept əsasında inşa olunub. Daha müasir interyer, funksional xidmət zonaları və rahat gözləmə məkanları ilə fərqlənən bu konsept müştəri təcrübəsini daha da yaxşılaşdırmağı hədəfləyir. Eyni zamanda 2026-cı il ərzində İnşaatçılar, Xəzər və Binəqədi filialları da yeni konseptə uyğunlaşdırılaraq müştərilərin istifadəsinə verilib. Bankın bundan sonra istifadəyə veriləcək bütün yeni filialları da məhz bu konsept əsasında fəaliyyət göstərəcək.

Yeni filiallarda müştərilərə əmanətlər, debet və kredit kartları, müxtəlif növ kredit məhsulları, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi və digər bank xidmətləri daxil olmaqla bütün növ bank məhsul və xidmətləri təqdim olunur.

Qeyd edək ki, Kapital Bank xidmət şəbəkəsini ölkənin bütün regionlarında, həmçinin Qarabağda ardıcıl şəkildə genişləndirir. Bank hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Zəngilan, Laçın, Xankəndi, Cəbrayıl və Şuşa şəhərlərində də fəaliyyət göstərir. Beləliklə, müştərilər yaşadıqları və ya çalışdıqları bölgədən asılı olmayaraq, onlara ən yaxın Kapital Bank filialında bank xidmətlərindən rahat şəkildə yararlana bilirlər.

Beləliklə, Kapital Bank həm rəqəmsal bankçılıq həllərini inkişaf etdirməyə, həm də ölkənin ən böyük xidmət şəbəkəsini genişləndirməyə davam edərək müştərilərinə ehtiyac duyduqları hər yerdə bank xidmətlərini əlçatan edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı və 51 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul kreditiBirbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol