• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı, Abşeron, Xaçmaz, Zaqatala, Zəngilan və Qəbələdə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Bakı, Abşeron, Xaçmaz, Zaqatala, Zəngilan və Qəbələdə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
03.07.2026 18:07

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Xaçmaz, Zaqatala, Zəngilan və Qəbələ rayonları ərazilərində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Xidmətdən verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Azər Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində, Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində, Nəsimi rayonu İmran Qasımov, Mirəli Qaşqay və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində, Abşeron rayonu Saray qəsəbəsində, Xaçmaz rayonunun Mürşüdoba kəndində, Zaqatala rayonunun Muğanlı kəndində, Zəngilan rayonunun Mincivan qəsəbəsi ərazisində və Qəbələ-Oğuz avtomobil yolunun Zərgərli kəndindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 211 min 350 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Cəmiyyət 12:50
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Cəmiyyət 12:13
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Cəmiyyət 12:00
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol