• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün mindən çox şəxs dövlət qulluğuna imtahan verəcək

Bu gün mindən çox şəxs dövlət qulluğuna imtahan verəcək
05.07.2026 08:54

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 iyul 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AC altqrupu və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.Bu barədə DİM məlumat yayıb.

İmtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahanlara qeydiyyat 2026-cı il iyunun 19-dan 26-dək aparılıb və bu müddət ərzində 1067 namizəd ərizə təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

Şəxsiyyəti təsdiq edən sənədin əsli;

"İmtahana buraxılış vərəqəsi".

İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 10 zal admini, 68 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı ayrılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Cəmiyyət 12:50
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Cəmiyyət 12:13
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Cəmiyyət 12:00
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol