• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq Tbilisidə öldürülən azərbaycanlı qadınla bağlı istintaqı izləyir

Baş Prokurorluq Tbilisidə öldürülən azərbaycanlı qadınla bağlı istintaqı izləyir
06.07.2026 11:30

Azərbaycan Baş Prokurorluğu Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan vətəndaşı Fatimə Kərimovanın qəsdən öldürülməsi ilə bağlı aparılan istintaqı diqqətdə saxladığını açıqlayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, zərərçəkmişin qohumu olan şəxs barəsində Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən prosessual tədbirlər görülür, onun saxlanılması və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində iş aparılır.

Qurumun bildirdiyinə görə, hadisənin ictimai əhəmiyyəti və zərərçəkmişin Azərbaycan vətəndaşı olması nəzərə alınaraq, Baş Prokurorluq Gürcüstan Prokurorluğuna rəsmi müraciət ünvanlayıb. Müraciətdə cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin olunması, həmçinin zərurət yaranacağı təqdirdə beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində istintaqa hüquqi yardım göstərilməsinə hazır olunduğu qeyd edilib.

Baş Prokurorluq vurğulayıb ki, Azərbaycan vətəndaşlarının həyatına, sağlamlığına və qanunla qorunan hüquqlarına qarşı törədilən cinayətlərə münasibətdə prinsipial mövqe tutur və belə halların ölkə hüdudlarından kənarda baş verməsindən asılı olmayaraq onların hüquq və qanuni mənafelərinin müdafiəsini diqqətdə saxlayacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Cəmiyyət 12:50
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Cəmiyyət 12:13
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Cəmiyyət 12:00
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol