• $
  • €
  • ₽
  • ₺
  • £

Tehranda Əli Xamenei ilə vida mərasimi keçirilir

Tehranda Əli Xamenei ilə vida mərasimi keçirilir
06.07.2026 12:09

İranın paytaxtı Tehranda minlərlə insan ABŞ və İsrailin zərbələri nəticəsində həlak olmuş İranın Ali Lideri Ayətullah Əli Xamenei ilə vida mərasimində iştirak edir.

İran mediasının məlumatına görə, yürüş şəhərin əsas prospektləri – Demavənd, Azadi və Engelab küçələri boyunca təşkil olunub və iştirakçılar Engelab meydanında toplaşıblar. Mərasimdə iştirak edənlər Əli Xameneinin, eləcə də onun varisi kimi təqdim edilən oğlu Müctəba Xameneinin portretlərini, İran bayraqlarını və matəm simvollarını daşıyıblar.

Mərasim zamanı izdiham İsrail və ABŞ əleyhinə şüarlar səsləndirib, həmçinin Livan və Qəzzaya dəstək ifadə edən bannerlər nümayiş etdirib.

İran rəsmilərinin açıqladığı plana əsasən, vida mərasimləri növbəti gün Qum şəhərində davam edəcək. Daha sonra cənazənin İraqın Bağdad, Nəcəf və Kərbəla şəhərlərinə aparılması, iyulun 9-da isə Məşhəd şəhərində dəfn edilməsi nəzərdə tutulur.

Əli Xameneinin ölümü ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra baş verib. Onun dəfn mərasimləri ölkə daxilində və regionda yüksək təhlükəsizlik tədbirləri altında keçirilir və müxtəlif ölkələrdən rəsmi nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Cəmiyyət 12:50
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Cəmiyyət 12:13
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Cəmiyyət 12:00
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol