• $
  • £

İsrailin səfirliyi qarşısında saxlanılan İran vətəndaşı ölkəsinə göndərilib

İsrailin səfirliyi qarşısında saxlanılan İran vətəndaşı ölkəsinə göndərilib
01.12.2013 13:15

Azərbaycanda saxlanılan İran vətəndaşı Həsən Fərəci ölkəsinə qayıdıb.

 İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, viza ilə bağlı məsələ həll olunduqdan sonra H. Fərəci bu gecə təyyarə ilə Bakıdan Tehrana yola salınıb.

Səfirlikdən o da bildirilib ki, H. Fərəci ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu vurğulayıb.

Xatırladaq ki, oktyabrın 31-də axşam saatlarında İsrailin Azərbaycandakı səfirliyinin binasında insident olub. İran İslam Respublikasının vətəndaşı, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi ev 23, mənzil 12 ünvanında müvəqqəti qeydiyyatda olan, 1982-ci il təvəllüdlü Həsən Bəhlul oğlu Fərəci saat 19:30 radələrində İzmir küçəsi, 1033-cü məhəllə ünvanında yerləşən İsrailin Azərbaycandakı səfirliyinə gəlib. İran vətəndaşı özünü şübhəli apardığı üçün post-patrul xidməti əməkdaşının diqqətini cəlb edib. Binada xidmət aparan Yasamal rayon Polis İdarəsi Post-patrul bölüyünün əməkdaşı, polis baş serjantı Vüsal Ağamalı oğlu Mirzəyev həmin şəxsi saxlamağa cəhd edib. Lakin İran vətəndaşı polisin qanuni tələbinə məhəl qoymayıb və qarşıdurma yaradıb. Daha sonra H.Fərəci saxlanılaraq polis bölməsinə, oradan isə məhkəməyə aparılıb. Növbətçi hakim H.Fərəcini 30 sutka həbs cəzasına məhkum edib.

Həsən Fərəci noyabrın 29-da səhər azad edilib. O, Biləsuvar sərhəd-keçid məntəqəsindən İrana keçmək istəsə də, viza ilə bağlı problemləri olduğundan vətənə qayıda bilməyib və müvafiq sənədləri almaq üçün Lənkərana göndərilib.

Konsulluqda əlavə ediblər ki, H. Fərəci viza və qeydiyyat məsələlərini həll etmək üçün noyabrın 30-da Bakıya qayıdıb.

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
Siyasət 18:06
Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
Siyasət 17:33
Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
Sahibə Qafarova Efiopiyaya gedib
Siyasət 15:11
Sahibə Qafarova Efiopiyaya gedib
Prezident üç səfiri geri çağırıb - sərəncam
Siyasət 14:11
Prezident üç səfiri geri çağırıb - sərəncam
Putin və Əliyev Rusiya-Azərbaycan münasibətlərini müzakirə ediblər - Yenilənib
Siyasət 12:48
Putin və Əliyev Rusiya-Azərbaycan münasibətlərini müzakirə ediblər - Yenilənib
XİN: Zaxarovanın Qarabağla bağlı açıqlamaları reallığı təhrif edir
Siyasət 11:45
XİN: Zaxarovanın Qarabağla bağlı açıqlamaları reallığı təhrif edir
MEDİA: İranın AzTV-ni "düşmən media" siyahısına salması təəccüb doğurur
Siyasət 16:28
MEDİA: İranın AzTV-ni "düşmən media" siyahısına salması təəccüb doğurur
Əliyev Azərbaycanın İstanbul və Qarsdakı baş konsullarını geri çağırıb
Siyasət 13:32
Əliyev Azərbaycanın İstanbul və Qarsdakı baş konsullarını geri çağırıb
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
Siyasət 13:25
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol