• $
  • €
  • ₽
  • ₺
  • £

"Arzum 9999" ləqəbli tiktokerin hökmündən apellyasiya şikayəti verilib

"Arzum 9999" ləqəbli tiktokerin hökmündən apellyasiya şikayəti verilib
06.07.2026 14:47

Xəzər rayonunda bir nəfərin ölümü, bir nəfərin isə ağır bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə qərara apellyasiya şikəyəti verilib. Bu barədə onun vəkili Hikmət Əliyev Anews.az-a açıqlamasında deyib.

"Birinci instansiya məhkəməsinin çıxardığı hökmdən tərəfimizdən apellyasiya şikayəti verilib. Sözügedən hökm tamamilə qanunsuz, əsassız və ədalətsizdir. Şikayətimizdə hökmün hüquqi baxımdan qanunsuzluğu, maddi və prosessual hüquq normalarının pozulması faktları fundamental şəkildə əsaslandırılıb. İnanırıq ki, apellyasiya instansiyası məhkəməsində ədalətli və obyektiv məhkəmə araşdırılması  aparılacaq, qanunun aliliyi təmin olunaraq İlduzə Hacıyeva barəsindəki bu ədalətsiz hökm ləğv ediləcək. Sonuncu dəfə İlduzə Hacıyeva ilə görüşmüşəm. Təəssüflə bildirmək istəyirəm ki, onun səhhəti qənaətbəxş deyil və o, tez-tez tibbi yardıma ehtiyac duyur. İlduzə Haciyeva bu çətin dövrdə ona dəstək olan hər bir şəxsə öz dərin təşəkkürünü bildirib",- o vurğulayıb.

Təqsirləndirilən bloqer İlduzə Hacıyeva 5 il 2 ay müddətə azadlıqdan məhrum edilib..

Hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.

İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Cəmiyyət 12:50
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Cəmiyyət 12:13
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Cəmiyyət 12:00
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Cəmiyyət 11:50
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol