• $
  • €
  • ₽
  • ₺
  • £

Qlobal rəqəmsal iqtisadiyyat 24 trilyon dollara çatıb - komitə sədri

Qlobal rəqəmsal iqtisadiyyat 24 trilyon dollara çatıb - komitə sədri
07.07.2026 11:43

Hazırda qlobal rəqəmsal iqtisadiyyatın həcmi təxminən 24 trilyon ABŞ dolları təşkil edir və dünya ümumi daxili məhsulunun 21 faizini formalaşdırır.

Azərbaycan bu sahədə rəqəmsal transformasiyanı sürətləndirmək və innovasiya əsaslı iqtisadi modelin hüquqi bazasını yaratmaq məqsədilə innovativ fəaliyyətin dəstəklənməsinə dair yeni qanun layihələrini müzakirəyə çıxarıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentdə bildirib ki, birinci oxunuşda müzakirə olunan dörd qanun layihəsi ayrı-ayrı sənədlər deyil, rəqəmsal inkişaf, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik sahələrini əhatə edən vahid qanunvericilik paketidir.

Onun sözlərinə görə, layihələrin məqsədi ölkənin texnoloji potensialını gücləndirmək, innovasiya əsaslı iqtisadiyyata keçidi sürətləndirmək və bu sahədə vahid dövlət siyasətini formalaşdırmaqdır.

Deputat qeyd edib ki, qanun layihələri "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində müəyyən edilən "Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" strateji istiqamətinin həyata keçirilməsinə xidmət edir. Bu çərçivədə ölkədə Rəqəmsal İnkişaf Konsepsiyası, Süni İntellekt Strategiyası və rəqəmsal inkişafın sürətləndirilməsi üzrə fəaliyyət planı qəbul edilib.

Əmiraslanov xatırladıb ki, bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən "Azərbaycanın Yeni Rəqəmsal Arxitekturası" müşavirəsində dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi tapşırılıb. Daha sonra Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.

Deputat bildirib ki, yeni qanunlar innovativ fəaliyyətin maliyyələşdirilməsi, startapların inkişafı, investor hüquqlarının müdafiəsi və intellektual mülkiyyətin qorunması üçün hüquqi mexanizmlər yaradacaq. Onun sözlərinə görə, bu addımlar Azərbaycanın regional innovasiya mərkəzlərindən birinə çevrilməsinə dəstək verəcək.

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Cəmiyyət 12:50
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Cəmiyyət 12:13
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Cəmiyyət 12:00
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Cəmiyyət 11:50
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol