• $
  • €
  • ₽
  • ₺
  • £

Azər Allahverənov: Kraudfandinq QHT-lər və startaplar üçün yeni maliyyə imkanları açacaq

Azər Allahverənov: Kraudfandinq QHT-lər və startaplar üçün yeni maliyyə imkanları açacaq
07.07.2026 12:34

 “Kraudfandinq haqqında” qanun layihəsi təkcə startapların və sahibkarlığın deyil, həm də qeyri-hökumət təşkilatlarının maliyyə imkanlarının genişlənməsinə xidmət edəcək. Bunu deputat Azər Allahverənov deyib. 

Deputat çıxışında qeyd edib ki, Kraudfandinq mexanizmi xüsusilə startapların, innovativ ideyaların və gənclərin təşəbbüslərinin maliyyələşdirilməsində mühüm rol oynayır.

Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, startap layihələrinin əhəmiyyətli hissəsi ilkin maliyyələşməni məhz crowdfunding vasitəsilə əldə edir və bu mexanizm dünyada geniş tətbiq olunur.

Azər Allahverənov bildirib ki, beynəlxalq miqyasda yalnız kommersiya layihələri deyil, sosial və humanitar təşəbbüslər də crowdfunding platformaları vasitəsilə maliyyələşdirilir.

Deputat qeyd edib ki, bir sıra beynəlxalq təşkilatlar fəaliyyətlərini məhz bu mexanizm üzərində qurur və əldə olunan vəsait hesabına humanitar, sosial layihələr, eləcə də vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş proqramlar həyata keçirirlər.

Onun fikrincə, yeni qanunun qəbulundan sonra Azərbaycanda da bu istiqamətdə yeni imkanlar yaranacaq.

"Bu qanun qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi baxımından da yeni maliyyə mənbələrinin formalaşmasına şərait yarada bilər", - deputat bildirib.

Azər Allahverənov əlavə edib ki, qanun layihəsi çərçivəsində birgə maliyyələşdirmə (co-funding) mexanizmlərinin də crowdfunding platformaları üzərindən tətbiqi vətəndaş cəmiyyəti institutları üçün əlavə imkanlar yaradacaq.

Deputat hesab edir ki, yeni mexanizmin uğurlu fəaliyyəti üçün əsas şərtlərdən biri şəffaflıq və hesabatlılığın təmin edilməsidir.

Onun sözlərinə görə, dövlət qurumlarının nəzarəti altında platformaların fəaliyyətinin şəffaf şəkildə təşkil olunması və hesabatlılıq mexanizmlərinin tətbiqi vətəndaşların crowdfunding alətlərinə etimadını artıracaq.

Azər Allahverənov vurğulayıb ki, qanun layihəsi günün tələblərinə cavab verir və gələcəkdə həm startapların, həm sahibkarların, həm də qeyri-hökumət təşkilatlarının maliyyə resurslarına çıxışını genişləndirəcək.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Cəmiyyət 12:50
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Cəmiyyət 12:13
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Cəmiyyət 12:00
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Cəmiyyət 11:50
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol