• $
  • £

ƏDV depozit hesabından sosial sığorta ödənişlərinin aparılması təklif olunur

ƏDV depozit hesabından sosial sığorta ödənişlərinin aparılması təklif olunur
07.07.2026 13:24

Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, qeyri-dövlət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinə ƏDV depozit hesablarında olan vəsaitlər hesabına məcburi dövlət sosial sığorta haqlarını ödəmək imkanı yaradılması təklif edilir.

Layihəni parlamentin iclasında təqdim edən deputat Azər Əmiraslanov bildirib ki, dəyişiklik sahibkarların uzun müddətdir qaldırdığı məsələlərdən birinin həllinə yönəlib.

Onun sözlərinə görə, hazırda ƏDV depozit hesabı yalnız əlavə dəyər vergisi üzrə vəsaitlərin hərəkəti və dövlət büdcəsinə köçürülməsi üçün istifadə olunur.

Təklif edilən dəyişikliklə isə həmin hesabdan dövlət büdcəsi ilə yanaşı, Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ödənişlərinin həyata keçirilməsi də mümkün olacaq.

Deputat qeyd edib ki, qanun layihəsinə əsasən, bu mexanizm 2027-ci il yanvarın 1-dən başlayaraq dörd il müddətində tətbiq ediləcək. Ödənişlərin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.

Azər Əmiraslanov bildirib ki, ƏDV depozit hesabı kommersiya hesabı deyil, vergi inzibatçılığı aləti olduğundan burada toplanan vəsaitlər yalnız dövlət qarşısında qanunla müəyyən edilmiş maliyyə öhdəliklərinin icrasına yönəldilə bilər. Sosial sığorta haqları da bu öhdəliklərdən biridir.

Deputatın sözlərinə görə, dəyişiklik sahibkarlara ƏDV depozit hesablarında olan vəsaitlərdən daha səmərəli istifadə etməyə, sosial sığorta öhdəliklərini vaxtında yerinə yetirməyə və dövriyyə vəsaitlərinin idarə olunmasında əlavə çeviklik əldə etməyə imkan verəcək.

O əlavə edib ki, təşəbbüs qeyri-neft-qaz özəl sektorunun dəstəklənməsinə xidmət etməklə yanaşı, dövlətin fiskal maraqları ilə sahibkarların maliyyə imkanları arasında balansın qorunmasına da töhfə verəcək.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol