• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
07.07.2026 19:33

İyulun 7-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə məhkəməyə sədrlik edən bildirib ki, ötən iclasda təqsirləndirilən Davit İşxanyanın müdafiəçisi vasitəsilə təqdim olunan vəsatətin tərcüməsi məhkəməyə təqdim edilib.

Daha sonra məhkəmə çıxışları davam etdirilib.

Çıxış edən David Babayan əvvəlki məhkəmə iclasında olduğu kimi, ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilmədiyini söyləyib.

Məhkəmədə bildirilib ki, təqsirləndirilən Davit İşxanyanın ərizələri müdafiəçisi vasitəsilə təqdim olunub. O, həmçinin müdafiəçisi ilə görüşmək istədiyini deyib. Məhkəməyə sədrlik edən onun müdafiəçisi ilə konfidensial görüş keçirməsi üçün şəraitin yaradılacağını qeyd edib.

Dövlət ittihamını müdafiə edən prokuror Anar Ələkbərov qeyd edib ki, müdafiə tərəfinin qaldırdığı məsələ üzrə mövqe artıq daha əvvəl ifadə olunub. Qeyd edilib ki, təqdim olunan apellyasiya şikayətinin məzmunu Davit İşxanyanın çıxışı və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti ilə mahiyyət etibarilə eynidir. Buna görə də hər hansı hüquq pozuntusunun baş verməsi barədə iddialar əsassızdır.

Prokuror məhkəmədən həmin iki abzasın apellyasiya şikayətinə əlavə kimi qəbul edilməsini və işə həmin şikayətlə birlikdə baxılmasını xahiş edib.

Zərərçəkmiş şəxslərin nümayəndələri dövlət ittihamçısı ilə razı olduqlarını bildiriblər.

Daha sonra məhkəmə vəsatətə münasibət bildirib. Məhkəmənin qərarına əsasən vəsatətlərdə qaldırılan məsələlər hazırkı mərhələdə baxılan işin predmeti və mahiyyəti ilə bağlı olmadığından təmin edilməyib.

Ardınca təqsirləndirilən Davit İşxanyanın müdafiəçisi ilə konfidensial görüş keçirməsi üçün iclasda fasilə elan edilib.

Fasilədən sonra təqsirləndirilən Arkadi Qukasyanın müdafiəçiləri çıxış edərək arqumentlərini səsləndirib, onun barəsində verilmiş hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər.

Məhkəmənin növbəti iclası iyulun 10-da keçiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Cəmiyyət 12:50
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Cəmiyyət 12:13
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Cəmiyyət 12:00
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Cəmiyyət 11:50
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol