• $
  • €
  • ₽
  • ₺
  • £

DİN: "Any Unboxing" maliyyə piramidası üzrə 2,5 milyon manata yaxın ziyan müəyyən edilib

DİN: "Any Unboxing" maliyyə piramidası üzrə 2,5 milyon manata yaxın ziyan müəyyən edilib
08.07.2026 17:46

Azərbaycanda "Ponzi" sxemi əsasında fəaliyyət göstərdiyi bildirilən "Any Unboxing" adlı onlayn maliyyə piramidası ilə bağlı cinayət işi başlanıb, üç nəfər saxlanılıb, bir nəfər isə beynəlxalq axtarışa verilib. Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, son aylarda vətəndaşların "Any Unboxing" platforması vasitəsilə aldadılması ilə bağlı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı müraciətlər daxil olub.

İstintaqın ilkin nəticələrinə əsasən, sxemi təşkil edən şəxslər sosial şəbəkələr və onlayn qruplar vasitəsilə iştirakçıları müxtəlif məbləğlər qarşılığında "virtual qutular" almağa sövq ediblər. Onlara qutuları hər gün açmaqla gəlir əldə edəcəkləri vəd edilsə də, tətbiqdə görünən virtual vəsaitlərin real iqtisadi əsası olmayıb və nağdlaşdırılması mümkün olmayıb. Platformaya yeni iştirakçılar cəlb edənlərə isə bonuslar vəd edilib.

DİN-in məlumatına görə, bu yolla 300-dən çox şəxs maliyyə piramidasına cəlb olunub və onlara müxtəlif məbləğlərdə ziyan dəyib.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, sxem Malayziya vətəndaşları, 38 yaşlı Li Kay Fatt və 34 yaşlı Ravi Sivadass tərəfindən təşkil olunub. İstintaqın versiyasına görə, platformanın Azərbaycanda təbliği və yeni iştirakçıların cəlb edilməsi ilə 34 yaşlı Arzu Musayeva və 30 yaşlı Səbuhi Məmmədov məşğul olublar.

Əməliyyat zamanı Ravi Sivadass, Arzu Musayeva və Səbuhi Məmmədov saxlanılıb. Li Kay Fattın saxlanılması istiqamətində beynəlxalq axtarış elan edilib.

İlkin hesablamalara görə, zərərçəkmişlərə ümumilikdə 2,5 milyon manata yaxın maddi ziyan dəyib. DİN bildirib ki, istintaq davam etdikcə həm zərərçəkənlərin sayının, həm də dəymiş ziyanın məbləğinin artacağı istisna edilmir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Daxili İşlər Nazirliyi vətəndaşları iqtisadi əsası olmayan yüksək gəlir vəd edən onlayn investisiya platformalarına və "Any Unboxing" tipli maliyyə piramidalarına qoşulmamağa çağırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Cəmiyyət 12:50
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Cəmiyyət 12:13
Şəhərlərdə beş yaşına çatmayan qızların ölüm sayı artıb
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Cəmiyyət 12:00
Azərbaycanda maraqlar toqquşmasının qarşısının alınması qaydaları müəyyənləşdirilir
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Cəmiyyət 11:50
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol