• $
  • £

Azərbaycan neftinin qiyməti 82 dolları keçib


Azərbaycan neftinin qiyməti 82 dolları keçib
09.07.2026 09:40

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,41 ABŞ dolları və ya 8,47 % artaraq 82,07 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 78,36 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,47 ABŞ dolları və ya 8,87 % artaraq 79,41 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-da təbii qazın qiyməti bahalaşıb
İqtisadiyyat 09:57
ABŞ-da təbii qazın qiyməti bahalaşıb
Dünya bazarında neft bahalaşıb
İqtisadiyyat 09:26
Dünya bazarında neft bahalaşıb
Azerbaijan's state budget overpayments reach 2.86 billion manats
İqtisadiyyat 17:00
Azerbaijan's state budget overpayments reach 2.86 billion manats
Azərbaycanın ABŞ-a ixracı 38 faiz artıb
İqtisadiyyat 16:50
Azərbaycanın ABŞ-a ixracı 38 faiz artıb
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
İqtisadiyyat 16:09
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəltdi!
İqtisadiyyat 14:26
Fitch ABB-nin reytinqini növbəti dəfə yüksəltdi!

Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 12:43
Qızıl və gümüş bahalaşıb
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
İqtisadiyyat 11:07
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:17
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol