• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıyev “TikTok” və “LinkedIn” nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Hacıyev “TikTok” və “LinkedIn” nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
13.07.2026 15:29

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşa Qlobal Media Forumu çərçivəsində “TikTok” və “LinkedIn” şirkətlərinin nümayəndələri ilə Azərbaycanın rəqəmsal sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib.

Hikmət Hacıyev bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, görüşlərdə “TikTok”un Şərqi Avropa üzrə Hökumətlə Əlaqələr və İctimai Siyasət Departamentinin rəhbəri Diana Ryan, “LinkedIn”in Avropa, Yaxın Şərq, Afrika və Latın Amerikası regionları üzrə Dövlət Sektoru və Qeyri-Kommersiya Təşkilatları ilə Satış Departamentinin rəhbəri Şeymus Klensi (Seamus Clancy), eləcə də Dharana Digital şirkətinin direktoru, süni intellekt və sosial media üzrə təlimçi və tədqiqatçı Karen Sazerlend (Dr. Karen Sutherland) iştirak ediblər.

Prezidentin köməkçisinin sözlərinə görə, görüşlərdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsi, rəqəmsal idarəetmə məsələləri, uşaqların onlayn mühitdə daha yaxşı qorunmasına yönəlmiş yeni qanunvericiliyin tətbiqi, həmçinin bu sahədə beynəlxalq qabaqcıl təcrübələr ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Cəmiyyət 11:50
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək
Cəmiyyət 10:48
Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Cəmiyyət 10:19
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
Cəmiyyət 10:10
Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Cəmiyyət 09:37
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Cəmiyyət 09:29
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Cəmiyyət 09:21
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol