• $
  • €
  • ₽
  • ₺
  • £

Rauf Cabarov: Azərbaycanda kibertəhlükəsizlik şirkətlərinin sayı son beş ildə 20-yə çatıb

Rauf Cabarov: Azərbaycanda kibertəhlükəsizlik şirkətlərinin sayı son beş ildə 20-yə çatıb
15.07.2026 11:37

Azərbaycanın kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən özəl şirkətlərinin sayı son beş ildə təxminən 20-yə çatıb və onların bir qismi artıq kritik informasiya infrastrukturlarının qorunmasında rəsmi statusla iştirak edir.


Bunu “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Rauf Cabarov bildirib.


Onun sözlərinə görə, rəqəmsallaşma prosesində texnologiya şirkətlərinin iştirakı vacibdir, çünki sənaye uzun illər ərzində formalaşmış təcrübəyə malikdir və əvvəlki layihələrdən əldə olunan nəticələr yeni təşəbbüslərin həyata keçirilməsində nəzərə alınmalıdır.


Cabarov bildirib ki, 2020-ci ildən, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda kibertəhlükəsizlik sahəsində institusional dəyişikliklər aparılıb, dövlət qurumları arasında səlahiyyət bölgüsü formalaşdırılıb.


O qeyd edib ki, prezidentin son fərmanı ilə yaradılan Milli Kibertəhlükəsizlik Agentliyi dövlət qurumları arasında koordinasiyanı gücləndirməklə yanaşı, özəl sektor və vətəndaş cəmiyyətinin də vahid mexanizm çərçivəsində prosesə cəlb edilməsinə imkan verəcək.


Cabarovun sözlərinə görə, kritik informasiya infrastrukturlarında fəaliyyət göstərən kibertəhlükəsizlik şirkətlərinə xüsusi provayder statusunun verilməsi dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsidir və gələcəkdə daha çox şirkətin bu prosesə qoşulacağı gözlənilir.
O əlavə edib ki, özəl sektor kibertəhlükəsizlik sahəsində maliyyə və insan resurslarının məhdudluğu ilə üzləşir. Buna görə də fərdi məlumatların qorunması üzrə qanunvericiliyin təkmilləşdirilməsi və tənzimləyici mexanizmlərin gücləndirilməsi şirkətlərin kibermüdafiəsini artırmağa kömək edəcək.


"Rəqəmsallaşma artdıqca kibertəhdidlər də artır. Buna görə dövlət və özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsi zəruridir", - Cabarov bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Cəmiyyət 11:50
Azərbaycan XİN Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək
Cəmiyyət 10:48
Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Cəmiyyət 10:19
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
Cəmiyyət 10:10
Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Cəmiyyət 09:37
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Cəmiyyət 09:29
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Cəmiyyət 09:21
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol