• $
  • £

Birbank Invest: investisiyaya aparan rəqəmsal yol

Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
15.07.2026 16:11

 

İnvestisiya etmək artıq maliyyə bazarlarını yaxından izləyən və vəsaitini dəyərləndirmək istəyən hər kəsin üstünlük verdiyi imkanlardan biridir. 2025-ci ilin iyun ayında istifadəyə verilən Birbank Invest qısa müddətdə onminlərlə istifadəçinin seçiminə çevrilib. Azərbaycanda bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi olan platforma istifadəçilərə cəmi 1 ABŞ dollarından başlayaraq investisiya etmək, yerli və qlobal maliyyə bazarlarına tam rəqəmsal, rahat və təhlükəsiz çıxış əldə etmək imkanı yaradır. 

Fəaliyyət göstərdiyi 1 il ərzində Birbank Invest istifadəçilərinə təqdim etdiyi investisiya imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün platformada 12 000-dən çox səhm və ETF üzrə investisiya etmək mümkündür. Ötən dövr ərzində platformaya 1000-dən çox yeni investisiya aləti əlavə olunub. Eyni zamanda Birbank Invest 2.0 versiyası ilə daha rahat istifadəçi interfeysi, yerli kapital bazarında ilkin və təkrar bazarda ticarət imkanları, ABŞ bazarı üzrə geniş maliyyə göstəriciləri və investorların qərarverməsini asanlaşdıran yeni funksiyalar istifadəyə verilib.

Birbank Invest ölkənin kapital bazarında mühüm hadisələrdən biri olan PAŞA Bank-ın ilk kütləvi səhm təklifi (IPO) zamanı da investorların ən çox istifadə etdiyi platforma olub. 10 000-dən çox unikal investor məhz Birbank Invest vasitəsilə IPO-da iştirak edib və tətbiq üzərindən 11 000-dən artıq sifariş yerləşdirilib.

Kapital Bank-ın İdarə Heyəti Sədrinin 1-ci müavini Cavid Mirzəyev öz sosial şəbəkə hesabında bu haqda paylaşım edib. O bildirib ki, investisiya maliyyə bazarlarını yaxından izləyən insanlarla yanaşı, vəsaitini dəyərləndirmək istəyən hər kəs üçün əlçatan olmalıdır. “Bizim üçün əsas göstərici təkcə istifadəçi sayı deyil. Əsas məsələ insanların investisiyaya münasibətinin dəyişməsidir. Əgər əvvəllər investisiya daha çox peşəkarların maraq dairəsi hesab olunurdusa, bu gün rəqəmsal həllər sayəsində daha çox insan vəsaitini dəyərləndirməyə başlayır. Birbank Invest-in qısa müddətdə qazandığı etimad da bu dəyişimin ən aydın göstəricilərindən biridir”.

Tam rəqəmsal qeydiyyat, 24/7 sifariş yerləşdirmə, portfeli real vaxt rejimində izləmə imkanı, rəqabətli komissiyalar və SIPC çərçivəsində 500 min ABŞ dollarınadək aktivlərin sığortalanması Birbank Invest-in istifadəçilərinə təqdim etdiyi üstünlüklər sırasındadır. Qeyd edək ki, Kapital Bank-ın əmtəə nişanı olan Birbank Invest “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunub və həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol