• $
  • £

TuranBank beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib

TuranBank beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
14.07.2026 13:10

Kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində Azərbaycanın aparıcı banklarındanbiri olan TuranBank ASC Belçikanın nüfuzlu Incofin İnvestisiya Fondu tərəfindən idarə edilənfondlarla yeni kredit müqavilələri imzalayıb.

Müqavilələrə əsasən, Bank 3 il müddətinə "Incofin Climate-Smart Microfinance Fund" (CSMF) fondundan 1.25 milyon ABŞ dolları, "Incofin Microfinance Fund" (IMFI) fondundanisə 2 milyon avro ekvivalentində yerli valyutada maliyyə vəsaiti cəlb edib. Bu vəsaitlər kiçik vəorta biznesin, xüsusilə ekoloji cəhətdən dayanıqlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bu addım regionlarda fəaliyyət göstərən sahibkarların yerli valyutada maliyyə resurslarınaçıxışını daha da genişləndirəcək və onları məzənnə risklərindən qoruyacaq. 

Qeyd edək ki, sözügedən investisiya TuranBank-ın ölkəmizin dayanıqlı iqtisadi inkişafstrategiyasına dəstək istiqamətində atdığı növbəti uğurlu addımıdır.

Incofin İnvestisiya Fondu inklüziv maliyyə, dayanıqlı qida və təmiz su sahələrindəfəaliyyət göstərən müəssisələri dəstəkləyən aparıcı təsir investisiya fondunun meneceridir. 1 milyard ABŞ dollarından çox idarə olunan aktivlərə malik olan Incofin, Belçika, Kolumbiya, Keniya və Hindistanda fəaliyyət göstərən 90-dan çox peşəkardan ibarət təcrübəli komandayasahibdir. Yarandığı gündən etibarən Incofin 5 milyard ABŞ dollarından artıq həcmdə borc vəkapital investisiyaları həyata keçirərək 50-dən çox inkişaf etməkdə olan və sərhəd bazarındasahibkarların inkişafını dəstəkləyib. Maliyyə təcrübəsini ölçülə bilən sosial və ekoloji təsirləbirləşdirən Incofin, ən çox ehtiyac duyulan regionlarda dayanıqlı iqtisadi inkişafın təşviqinə vəuzunmüddətli müsbət təsirin yaradılmasına töhfə verir.

Daha ətraflı məlumat üçün: www.incofin.com

TuranBank 1992-ci ildə təsis edilib və Azərbaycanın ən etibarlı maliyyə institutlarındanbiri kimi fəaliyyət göstərir. Bank öz müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşiddəmaliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət məntəqəsi ilə fəaliyyət göstərənTuranBank 34 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib, şəffaflıq, etibarlılıq vəsosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilib.

Daha ətraflı məlumat üçün: www.turanbank.az  

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol