• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Trampa təşəkkür edib

İlham Əliyev Trampa təşəkkür edib
16.07.2026 18:41

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri sosial şəbəkədə paylaşdığına görə təşəkkür edib. Bu barədə Prezidentin sosial media hesablarında paylaşım edilib.

Paylaşımda İlham Əliyev Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesində rolunu yüksək qiymətləndirərək, Şuşa Qlobal Media Forumundakı çıxışında onu "Sülh adamı" adlandırdığını xatırladıb.

Prezident bildirib ki, Vaşinqtonda keçirilmiş tarixi sammitin birinci ildönümünə bir aydan az vaxt qalır və bu münasibətlə Trampa bir daha minnətdarlığını ifadə edib.

"Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində əvəzsiz rolunuza görə Sizə bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm. Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha daha da yaxınlaşmasına tarixi töhfə verib", – paylaşımda deyilir.

Donald Tramp daha əvvəl "Truth Social" platformasında İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərin yer aldığı "Breitbart" nəşrinin məqaləsini paylaşmışdı. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol