• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA Gəncə sakinlərinə xəbərdarlıq etdi: Etiketsiz lavaş almayın


AQTA Gəncə sakinlərinə xəbərdarlıq etdi: Etiketsiz lavaş almayın
17.07.2026 10:42

Gəncədə baş verən kütləvi zəhərlənmə hadisələri ilə bağlı aparılan araşdırmalar zamanı şübhələrin ev şəraitində qanunsuz istehsal olunan lavaş məhsulu üzərində cəmləşdiyi müəyyə edilib. Bu barədə AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Agentliyin 2026-cı ilin ilk 6 ayının yekunlarına dair mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ilkin mərhələdə zərərçəkənlərin istifadə etdiyi bütün qida məhsullarından nümunələr götürülüb. Aparılan araşdırmalar nəticəsində zəhərlənmə hallarında istifadə olunan ümumi məhsulun nəzarətdən kənar, ev şəraitində istehsal edilən lavaş olduğu müəyyənləşdirilib.

Bildirilib ki, həmin məhsul rəsmi qeydiyyatdan keçmədən istehsal olunaraq satış məntəqələrinə və yas mərasimlərinə paylanılıb. Hazırda məhsulların geri çağırılması istiqamətində tədbirlər görülür, araşdırmalar davam edir.

AQTA vətəndaşlara istehsalçısı və markalanması göstərilməyən lavaş və digər çörək məhsullarını almamağı, sahibkarlara isə qida təhlükəsizliyi qeydiyyatından keçməyən məhsulların satışına yol verməməyi tövsiyə edib.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək
Cəmiyyət 10:48
Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Cəmiyyət 10:19
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
Cəmiyyət 10:10
Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Cəmiyyət 09:37
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Cəmiyyət 09:29
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Cəmiyyət 09:21
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol