• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan 2029-cu ildə əhalinin siyahıyaalınmasını rəqəmsal formatda keçirəcək - baş nazir

Azərbaycan 2029-cu ildə əhalinin siyahıyaalınmasını rəqəmsal formatda keçirəcək - baş nazir
17.07.2026 11:07

Azərbaycanda əhalinin növbəti siyahıyaalınması 2029-cu il oktyabrın 1-dən 31-dək keçiriləcək və ilk dəfə ölkənin bütün suveren ərazisini əhatə edəcək. Bunh Baş nazir Əli Əsədov bildirib.


Əsədov siyahıyaalmaya hazırlıqla bağlı keçirilən iclasda deyib ki, Prezident İlham Əliyevin iyulun 7-də imzaladığı fərmana əsasən, məlumatlar 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə toplanacaq.


Baş nazirin sözlərinə görə, 1999, 2009 və 2019-cu illərdə keçirilən siyahıyaalmalar zamanı Azərbaycan ərazisinin bir hissəsi işğal altında olduğundan proses bütün ölkəni əhatə etməyib.
“Növbəti siyahıyaalma müstəqillik tarixində ilk dəfə Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək”, — Əsədov bildirib.
O deyib ki, siyahıyaalmanın hazırlanması və keçirilməsi üzrə tədbirlər planı Nazirlər Kabineti tərəfindən iki ay ərzində təsdiqlənməlidir.
Dövlət Statistika Komitəsinə aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış təklifləri bir ay ərzində Nazirlər Kabinetinə təqdim etmək və siyahıyaalmanın təqvim planını hazırlamaq tapşırılıb.
Hazırlıq işlərinin əlaqələndirilməsi üçün Baş nazirin müavini Samir Şərifovun rəhbərliyi ilə Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.


Əsədov bildirib ki, siyahıyaalma ilk dəfə rəqəmsal texnologiyalar, inzibati reyestrlər və geoməkan məlumatlarından istifadə edilməklə keçiriləcək.


Dövlət qurumlarının informasiya sistemlərində olan zəruri məlumatların Dövlət Statistika Komitəsinin bazasına inteqrasiyası nəzərdə tutulur.


Baş nazirin sözlərinə görə, rəqəmsal həllər respondentlərin üzərinə düşən məlumat yükünü və siyahıyaalma materiallarının hazırlanması xərclərini azaltmağa imkan verəcək.

Gülnar Nazimqızl

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol