• $
  • £

“Euromoney” ABB-niyenidən “İlin ən yaxşı bankı” seçdi!

“Euromoney” ABB-niyenidən “İlin ən yaxşı bankı” seçdi!
17.07.2026 12:46

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçib. Jurnalın araşdırma heyətinin qərarı 16 iyul 2026-cı ildə Londonda keçirilən “Award of Excellence” mükafatının təntənəli təqdimatı tədbirində açıqlanıb və mükafat Banka təqdim olunub.

Müxtəlif kateqoriyalar üzrə “İlin ən yaxşı bankı” mükafatı ilə təltif edilən banklar sırasında Deutsche Bank, HSBC, Unicredit, Mashreq, İş Bankası və s. kimi bir sıra aparıcı maliyyə institutları da var. 

1969-cu ildə yaradılmış “Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Jurnalın “Award of Excellence” mükafatı maliyyə qurumları üçün ən nüfuzlu beynəlxalq mükafatlardan sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində “Euromoney” mükafatların sahiblərini müəyyənləşdirir.

ABB bu mükafata aktivlərinin keyfiyyətinə, dayanıqlılığına, gəlirliliyinə, böyük müştəri bazasına, qlobal tərəfdaşlıq əlaqələrinə, rəqəmsallaşma layihələrinə, o cümlədən geniş tətbiq etdiyi süni intellekt həllərinə görə layiq görülüb. 

Qeyd edək ki, ABB “The Banker” və “Global Finance” jurnallarının son seçimlərində də ölkə üzrə “İlin Bankı” elan edilib.

ABB-nin müasir, faydalı və universal məhsul vəxidmətləri barədə ətraflı məlumatı Bankın filial vəşöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol