• $
  • €
  • ₽
  • ₺
  • £

Bu marşrutun fəaliyyəti bərpa olunur

Bu marşrutun fəaliyyəti bərpa olunur
17.07.2026 13:15

Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artması nəzərə alınaraq iyulun 18-dən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Sea Breeze istirahət mərkəzi ilə əlaqələndirən 150E nömrəli ekspres marşrutunun fəaliyyəti bərpa olunur.

Həftənin şənbə və bazar günləri metronun “Koroğlu” stansiyasının cənub çıxışından (“Piramida” tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək.

Marşrut üzrə aralıq dayanacaqlar:

- Heydər Əliyev prospekti (Yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi);

- Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi);

- Mərdəkan prospekti (Binə qəsəbəsi);

- Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə);

- 5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi);

- Bilgəh Kardioloji Sanatoriyası;

- Bilgəh–Pirşağı yolu (çimərlik ərazisi);

- Sea Breeze 1;

-  Sea Breeze 2.

Böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,90 AZN müəyyən edilib

Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək
Cəmiyyət 10:48
Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Cəmiyyət 10:19
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
Cəmiyyət 10:10
Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Cəmiyyət 09:37
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Cəmiyyət 09:29
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Cəmiyyət 09:21
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol