• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
17.07.2026 21:30

İyulun 17-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə təqsirləndirilən Madat Babayanın müdafiəçisi çıxış edib. O, məhkəmədən 2026-cı il 5 fevral tarixli hökmün ləğv edilməsini, hüquqlarını qoruduğu təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Ardınca çıxış edən təqsirləndirilən Madat Babayan müdafiəçisinin mövqeyi ilə razı olduğunu və özünü təqsirli hesab etmədiyini deyib.

Daha sonra söz təqsirləndirilən Arayik Harutyunyanın müdafiəçisinə verilib. Müdafiə tərəfi apellyasiya şikayəti çərçivəsində öz arqumentlərini məhkəmənin diqqətinə çatdırıb.

Bundan sonra zərərçəkmiş şəxslərin nümayəndələri - Şaiq Hüseynov, Arzu Cavadov, Alı Əhmədov və Elmira İsmayılova çıxış ediblər.

Onlar Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünün qanuni və əsaslı olduğunu, məhkəmə istintaqı zamanı təqdim edilmiş foto, video və digər sübutlarla təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların tam təsdiqləndiyini bildiriblər. Nümayəndələr apellyasiya şikayətlərinin əsassız olduğunu vurğulayaraq, hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş ediblər.

Bununla təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və zərərçəkmiş şəxslərin nümayəndələrinin çıxışları başa çatıb.

Sonra məhkəmə iclasında müdafiə tərəfi, o cümlədən Davit İşxanyan, Levon Mnatsakanyan və David Manukyan vəsatətlər təqdim edib.

Verilmiş vəsatətlərə dövlət ittihamını müdafiə edən prokuror, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı münasibət bildirib.

Vəsatətlərə baxılması üçün məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra məhkəmə davam etdirilib və qərarlar elan olunub. Qərarlara əsasən vəsatətlər qismən təmin olunub.

Məhkəmənin növbəti iclası iyulun 21-də keçiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək
Cəmiyyət 10:48
Milli Məclisin komitəsi yeni ombudsmanın seçilməsi məsələsini müzakirə edəcək
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Cəmiyyət 10:19
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
Cəmiyyət 10:10
Azərbaycanda ötən gün 41 şübhəli saxlanılıb - DİN
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Cəmiyyət 09:37
“Azeri Light” neftinin qiyməti 125,42 dollara yüksəlib
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Cəmiyyət 09:29
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Cəmiyyət 09:21
Kəndlərdə doğuş zamanı ölən anaların sayı şəhərlərdən 43% yüksəkdir
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 23:45
Bakıda iki ərazidə yol təmiri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Cəmiyyət 23:30
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Cəmiyyət 23:11
Ucarda maşınlar toqquşub ,xəsarət alan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol