Azərbaycan Yunanıstana xam neft ixracını 22,4 faiz artırıb
Azərbaycan 2026-cı ilin ilk altı ayında Yunanıstana 284 min 374,7 ton xam neft ixrac edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac olunan neftin dəyəri 182 milyon 764,5 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Yunanıstana xam neft ixracı həcm baxımından 22,4 faiz, dəyər ifadəsində isə 41,7 faiz artıb.
Hesabat dövründə Yunanıstanın Azərbaycanın ümumi xam neft ixracındakı payı 2,8 faiz olub.
Gömrük bəyannamələrinə əsasən, Azərbaycan ilin birinci yarısında ümumilikdə 10 milyon 125 min 467,17 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu məhsulların ümumi dəyəri 6 milyard 231 milyon 422,24 min ABŞ dolları təşkil edib.
Yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 661 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. İllik müqayisədə ixrac 26,7 faiz artıb, idxal isə 27,6 faiz azalıb.