• $
  • £

6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb

6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb
27.07.2026 11:42

2026-ci ilin yanvar-iyununda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 30,4 faizi həcmində və yaxud 1 064,1 milyon manat vəsait istifadə olunub. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Həmin vəsaitin 974,1 milyon manatı infrastruktur təyinatlı layihələrinin (avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 489,3 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 371,1 milyon manat, turizm infrastrukturunun yaradılması üçün 67,6 milyon manat, Şuşa, Xankəndi və Laçın şəhərlərində kanat yolunun layihələndirilməsi və tikintisi üçün 15,9 milyon manat, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin elektrik təchizatla təmin olunması üçün 15,3 milyon manat, magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsinə 7,6 milyon manat, sənaye parklarının fəaliyyətinin təşkili və onların ərazisində infrastrukturun yaradılmasına 7,3 milyon manat), 29,8 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 45,3 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 14,9 milyon manatı isə müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmiri tədbirləri üzrə xərclərə yönəldilib.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:39
Azərbaycan nefti ucuzlaşıb
Kamran Əsədovun məhkəməsində yeni vəsatətlər verilib
İqtisadiyyat 11:09
Kamran Əsədovun məhkəməsində yeni vəsatətlər verilib
Qızılın qiyməti 4 400 dollardan aşağı enib
İqtisadiyyat 10:28
Qızılın qiyməti 4 400 dollardan aşağı enib
Ötən ay 876,1 min nəfər aylıq sosial müavinət və təqaüd alıb
İqtisadiyyat 10:26
Ötən ay 876,1 min nəfər aylıq sosial müavinət və təqaüd alıb

Azərbaycan neftinin qiyməti 1,6% azalıb
İqtisadiyyat 09:41
Azərbaycan neftinin qiyməti 1,6% azalıb
Dünya bazarlarında “Brent” nefti ucuzlaşıb
İqtisadiyyat 09:37
Dünya bazarlarında “Brent” nefti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:16
Bu günün valyuta məzənnələri açıqlanıb
"Şahdəniz Alfa" platforması profilaktik işlərdən sonra qaz hasilatını bərpa edib
İqtisadiyyat 15:50
"Şahdəniz Alfa" platforması profilaktik işlərdən sonra qaz hasilatını bərpa edib
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir
İqtisadiyyat 15:37
Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol