• $
  • £

Azərbaycanda sığorta ödənişləri 27% artıb

Azərbaycanda sığorta ödənişləri 27% artıb
28.07.2026 11:17

Bu ilin yanvar-iyununda Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti üzrə yığılan sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% artaraq 867,4 milyon manata çatıb.

Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata görə, hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə illik müqayisədə 27,2% artaraq 549,7 milyon manat təşkil edib.

Nəticədə, ilin ilk altı ayında bazarda toplanan hər 100 manat sığorta haqqına qarşılıq 63,4 manat ödəniş edilib. Bu göstərici ötən ilin eyni dövründə 52,9 manat olub.

Azərbaycanda sığorta bazarında əsas fəaliyyət istiqamətlərini həyat və qeyri-həyat sığortası təşkil edir. Sığorta haqları bazarın həcmini, ödənişlər isə sığorta hadisələri üzrə şirkətlərin müştərilərə ödədiyi vəsaiti əks etdirən əsas göstəricilərdən hesab olunur. Ödənişlərin sığorta haqlarına nisbətinin artması bazarda kompensasiyaların həcminin yüksəldiyini göstərir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol