• $
  • €
  • ₽
  • ₺
  • £

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub

Zinəddin Zidan Fransa millisinin baş məşqçisi təyin olunub
28.07.2026 13:54

Zinəddin Zidan rəsmi olaraq Fransa milli futbol komandasının baş məşqçisi təyin edilib. 54 yaşlı mütəxəssis yığma ilə dörd illik müqavilə imzalayıb. 

Fransa Futbol Federasiyasının açıqladığı heyətə əsasən, Zidanın köməkçiləri daha əvvəl də onunla çalışmış David Bettoni və Hamidu Msaidi olacaq. Məşqçilər korpusuna fiziki hazırlıq üzrə mütəxəssis Qreqori Düpon, eləcə də Fransa millisinin sabiq futbolçuları Fabien Bartez və Bernard Diomedes də daxil edilib.

Zidan futbolçu karyerası ərzində Fransa millisinin heyətində 108 oyuna çıxıb. O, 1998-ci il dünya çempionatının və 2000-ci il Avropa çempionatının qalibi olub.

Məşqçi kimi isə İspaniyanın "Real Madrid" klubunu çalışdıran Zidan komandaya ardıcıl üç UEFA Çempionlar Liqası titulu olmaqla ümumilikdə səkkiz kubok qazandırıb.

Fransa millisində baş məşqçi dəyişikliyi 2026-cı il dünya çempionatından sonra baş verib. Komandanı 14 il çalışdıran Didye Deşam bu müddətdə Fransa yığmasını 2018-ci il dünya çempionluğuna, 2022-ci ildə isə dünya çempionatının finalına çıxarmışdı. Zidanın təyinatı uzun müddətdir Fransa futbolunda ən çox gözlənilən qərarlardan biri hesab olunurdu.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb
İdman 11:38
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb

“Sabah”ın oyununa 45 min bilet satılıb
İdman 16:29
“Sabah”ın oyununa 45 min bilet satılıb
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
İdman 17:01
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
İdman 09:15
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol