• $
  • £

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın xarici dövlət borcu azalıb
30.07.2026 11:32

2026-ci ilin iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon dollar və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat (76 milyard 984,4 milyon dollar) məbləğində proqnozlaşdırlan ümumi daxili məhsulun (ÜDM) 6 faizini təşkil edib.

Maliyyə Nazirliyinə xəbər verir ki, xarici dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 196,7 milyon dollar və ya 4,1 faiz azalıb. Bu ilin birinci yarısı ərzində kredit sazişləri çərçivəsində 57,1 milyon dollar məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə zəifləməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 20,4 milyon ABŞ dolları məbləğində azalması müqabilində 233,4 milyon dollar vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib.

İyulun 1-nə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 0,3 faiz bəndi azalıb.

Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,4 faizini, sabit dərəcə ilə olanlar isə 50,6 faizini təşkil edib.

Xarici dövlət borcu portfelinin 35,7 faizi Asiya İnkişaf Bankının, 30 faizi avrobondların, 12,9 faizi Dünya Bankının, 21,4 faizi isə İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnfrastruktur və İnvestisiya Bankı və digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın xarici dövlət borcu azalıb
İqtisadiyyat 11:32
Azərbaycanın xarici dövlət borcu azalıb
Azərbaycan və Koreya dövlət maliyyəsinin rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirir
İqtisadiyyat 10:40
Azərbaycan və Koreya dövlət maliyyəsinin rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirir

Azərbaycan nefti 7 dollara yaxın artıb
İqtisadiyyat 10:32
Azərbaycan nefti 7 dollara yaxın artıb

Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:51
Dünya bazarlarında neft ucuzlaşıb

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 09:32
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:22
Bu günə olan məzənnə açıqlanıb
TuranBankın yarımillik mənfəəti 2,3 dəfə, faiz xərcləri isə 30% artıb
İqtisadiyyat 08:37
TuranBankın yarımillik mənfəəti 2,3 dəfə, faiz xərcləri isə 30% artıb
Gürcüstanın Baş prokuroru Azərbaycana səfər edib
İqtisadiyyat 17:26
Gürcüstanın Baş prokuroru Azərbaycana səfər edib
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
İqtisadiyyat 15:45
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol