“Bakı Metropoliteni”ndə yeni kadr təyinatları edilib
“Bakı Metropoliteni” QSC-də bir sıra kadr dəyişiklikləri həyata keçirilib. Bu barədə İqtisadiyyat.az qurumdakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, QSC-nin sədri Vüsal Aslanovun imzaladığı əmrlərlə Aydan Qurbanova Strateji İnkişaf Departamentinin Dayanıqlılıq şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Digər əmrlə, Rəsul Rzayev Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏM) şöbəsinin rəis müavini vəzifəsinə gətirilib.
Bununla yanaşı, Rəşad İbrahimov Bakı Metropoliteninin Satınalma şöbəsinin rəis müavini vəzifəsindən azad edilib.