• $
  • £

İnflyasiya hələ yüksək qalacaq – AMB-dən yeni proqnoz

İnflyasiya hələ yüksək qalacaq – AMB-dən yeni proqnoz
31.07.2026 10:28

Azərbaycan Mərkəzi Bankı ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonuna qayıdacağını proqnozlaşdırır.

Qurumun iyul proqnozlarına əsasən, baza ssenarisi üzrə illik inflyasiyanın 2026-cı ilin sonunda 6,1%, 2027-ci ilin iyununda 6%, 2027-ci ilin sonunda isə 5,8% olacağı gözlənilir. Mərkəzi Bankın qiymətləndirməsinə görə, inflyasiya 2027-ci ilin ikinci yarısından etibarən hədəf diapazonuna qayıdacaq.

Bildirilib ki, 2026-cı ilin sonu üzrə gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası səviyyəsində qiymətləndirilir. Proqnozun yuxarı istiqamətdə yenilənməsi əsasən xarici mənşəli xərc amillərinin, o cümlədən enerji və ərzaq qiymətlərinin artmasının təsiri ilə bağlıdır və bu təsirlərin ortamüddətli dövrdə qalıcı xarakter daşımadığı vurğulanıb.

Mərkəzi Bank qeyd edib ki, qlobal geosiyasi gərginliyin davam etməsi fonunda enerji və ərzaq qiymətlərinin yüksəlməsi, eləcə də ticarət tərəfdaşı ölkələrdən inflyasiya idxalının genişlənməsi əsas risklər olaraq qalır. Həmin ölkələrdə qiymət artımının daxili bazara təsirinin isə manatın nominal effektiv məzənnəsinin dinamikasından asılı olacağı bildirilib.

Qurumun qiymətləndirməsinə görə, növbəti dövrdə inflyasiya proqnozlarına yenidən baxılması əsasən xarici risklərin reallaşma səviyyəsindən asılı olacaq. Bununla yanaşı, mövcud fiskal və pul siyasəti şəraitində daxili tələbin inflyasiya təzyiqləri yaratması ehtimalı yüksək hesab edilmir.

Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin iyununda Azərbaycanda 12 aylıq inflyasiya 5,8% təşkil edib. Qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1%, ödənişli xidmətlər üzrə 5,6%, qeyri-qida məhsulları üzrə isə 3,8% olub. İllik baza inflyasiya isə 5,5% səviyyəsində qeydə alınıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol