• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbələ Musiqi Festivalında ilk dəfə Azərbaycan və dünya kinofilmlərinin musiqiləri səsləndirilib

Qəbələ Musiqi Festivalında ilk dəfə Azərbaycan və dünya kinofilmlərinin musiqiləri səsləndirilib
02.08.2026 18:00

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən XV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk dəfə Azərbaycan və dünya kinofilmlərindən seçilmiş musiqilərdən ibarət xüsusi konsert proqramı təqdim olunub.

Heydər Əliyev Fondunun məlumatına görə, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"ın dəstəyi ilə reallaşan layihə Mustafa Mehmandarovun bədii rəhbərliyi və baş dirijorluğu ilə "Scorrendo" Orkestrinin müşayiəti altında baş tutub.

Konsertdə skripka ifaçısı Səid Məmmədov və soprano Natella Quliyeva solist qismində çıxış ediblər.

Proqramda Tofiq Quliyevin "Görüş", Arif Məlikovun "Axırıncı aşırım", Xəyyam Mirzəzadənin "Yeddi oğul istərəm", Fikrət Əmirovun "Böyük dayaq" filmləri üçün yazdığı musiqilərlə yanaşı, Con Uilyams, Hans Zimmer, Ennio Morrikone, Ramin Cavadı, Nino Rota və Bill Kontinin müəllifi olduqları "Ulduz müharibələri", "Harri Potter", "İnterstellar", "Qeyri-mümkün tapşırıq", "İndiana Cons", "Peşəkar", "Matrisa", "Karib dənizinin quldurları", "Xaç atası" və "Rokki" filmlərinin məşhur musiqiləri səsləndirilib.

Canlı ifa olunan kino musiqiləri festivalın keçirildiyi açıq hava amfiteatrında tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb
İdman 11:38
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb

“Sabah”ın oyununa 45 min bilet satılıb
İdman 16:29
“Sabah”ın oyununa 45 min bilet satılıb
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
İdman 17:01
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
İdman 09:15
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol