• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

“Ciddi işlər görülməzsə, Quba məzarlığı yaza kimi dağılacaq”

“Ciddi işlər görülməzsə, Quba məzarlığı yaza kimi dağılacaq”
28.11.2013 20:39
“Əgər ermənilərin azərbaycanlılara qarşı 1918-ci ildə həyata keçirdiyi soyqırımının şahidi olan Quba məzarlığında ciddi işlər görülməzsə, yaz ayına kimi məzarlıq dağılacaq”.Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev deyib.  Onun sözlərinə görə, Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən məzarlıqda sümüklərin çürüməməsi üçün müvafiq işlər görülür. Amma məzarlıqda vəziyyətin çox acınacaqlı olduğunu deyən Q.Ağayev 20 gün öncə gördüklərinə əsasən, orada dəhşətli çürümə prosesinin getdiyini vurğulayıb: “Torpağın özündə nəmişlik yaranıb, sümüklər açdığımız quyudan artıq yerə tökülür. Biz onun müəyyən qədər qarşısını almışıq. Amma bunlar kifayət deyil. Həmin quyunun yaza çıxıb-çıxmayacağı sual altındadır”. Q.Ağayev qeyd edib ki, məzarlıqda aparılan tədqiqatlar nəticəsində azərbaycanlılara qarşı törədilmiş soyqırımı zamanı aşkarlanan insan cəsədləri ilə doldurulmuş 2 arx olduğu kimi yerində qalıb: “Amma quyulardan biri 2007-ci ildə sürüşmə nəticəsində dağılıb, ikinci quyunu isə saxlamaq mümkün olub. Hazırda isə ikinci quyu təhlükə qarşısındadır. Quyunun əvvəllər dərinliyi 4 metr 20 santimetr idisə, bu gün 2 metr 20 santimetr olub. Onun yarısı artıq məhv olub. Bunu mütləq qoruyub saxlamaq lazımdır, əks təqdirdə heç kimə sübut edə bilməyəcəyik ki, azərbaycanlılara qarşı belə bir soyqırımı olub”. Q.Ağayev qeyd edib ki, kompleksdə tikinti işlərinin ikinci mərhələsinin noyabrda başlanacağı deyilsə də, hələlik bu prosesə start verilməyib: “Heç başlamayacaq da. Çünki qış fəslində orada hər hansı bir işin başlanması mümkün deyil. Quba şimal zonasında olduğundan qış fəsli burada çox soyuq olur. Ona görə də bu proseslər çox güman ki, yaza qalacaq. Yaza kimi isə quyu salamat qalsa, böyük iş olar. Əgər orada müəyyən ciddi tədbirlər görülməsə, yaz ayına kimi məzarlıq dağılacaq”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi rayonlarda qızların təhsil alması ilə bağlı qadağalar var - Deputat
Cəmiyyət 12:26
Bəzi rayonlarda qızların təhsil alması ilə bağlı qadağalar var - Deputat
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:25
Sabahın hava proqnozu açıqlanıb
Boşanmaların 70%-nin təşəbbüskarı qadınlardır
Cəmiyyət 12:03
Boşanmaların 70%-nin təşəbbüskarı qadınlardır
İkiayda dövriyyədən çıxarılan narkotikin miqdarı açıqlanıb
Cəmiyyət 11:50
İkiayda dövriyyədən çıxarılan narkotikin miqdarı açıqlanıb
Bu problemlər nazirliyin iş yükünü artırır - Nazir müavini
Cəmiyyət 11:49
Bu problemlər nazirliyin iş yükünü artırır - Nazir müavini
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür
Cəmiyyət 09:44
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür
Bu rayonun qazı kəsiləcək
Cəmiyyət 09:37
Bu rayonun qazı kəsiləcək
Bəzi yollarda tıxac var
Cəmiyyət 08:43
Bəzi yollarda tıxac var
Bu restoranda vaxtı keçmiş məhsullar aşkarlanıb
Cəmiyyət 23:07
Bu restoranda vaxtı keçmiş məhsullar aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol