• $
  • £

Suriya ABŞ sanksiyalarının ləğvi müqabilində Rusiya neftinin idxalını azaltmağa razılaşıb

Suriya ABŞ sanksiyalarının ləğvi müqabilində Rusiya neftinin idxalını azaltmağa razılaşıb
04.08.2026 16:01

Suriya ABŞ sanksiyalarının ləğvi ilə bağlı aparılan danışıqlar çərçivəsində Rusiya neftinin idxalını əhəmiyyətli dərəcədə azaltmağa razılıq verib. Bu barədə məlumatlı mənbələrə istinadən Reuters agentliyi xəbər verir.

Məlumata görə, bu məsələ Suriya və ABŞ nümayəndələri arasında Dəməşqin terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarılması ehtimalına həsr olunmuş təmaslar zamanı müzakirə edilib.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Vaşinqton nümayəndələri Rusiya nefti tədarükünün azaldılmasının bu statusun tez və maneəsiz ləğvi şanslarını artıracağını bildiriblər.

Eyni zamanda mənbələrdən biri qeyd edib ki, Suriyanın Rusiya neftindən asılılığı siyasi seçimdən deyil, alternativlərin olmamasından irəli gəlir.

Onun sözlərinə görə, Dəməşq enerjiresurslarının tədarükünü diversifikasiya etmək imkanı qazanmaq üçün ilk növbədə sanksiya rejiminin yumşaldılmasına ümid edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol