• $
  • £

Azərbaycanın tranzit neft və qaz gəlirlərinin icrasında kəskin azalma qeydə alınıb

Azərbaycanın tranzit neft və qaz gəlirlərinin icrasında kəskin azalma qeydə alınıb
04.08.2026 16:56

2025-ci il ərzində neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) üzrə daxilolmaların büdcə proqnozu ilə faktiki icrası arasında kəskin kənarlaşma müəyyən olunub.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin formalaşdırılması və istifadəsinin auditinə dair hesabatında bildirilir. Sənədə əsasən, hesabat dövründə 25,4 milyon manat daxilolma proqnozlaşdırılsa da, faktiki daxilolma cəmi 0,01 milyon manat təşkil edib və proqnoz tapşırığı 0,04% icra olunub. Daxilolmaların kəskin azalmasına Rusiya-Ukrayna münaqişəsi səbəbindən Qara dəniz istiqamətində Qərb İxrac Boru Kəməri üzrə daşınmaların dayandırılması təsir göstərib.

Hazırda Azərbaycan nefti əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri, qazı isə Cənub Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə dəniz terminalı və beynəlxalq bazarlara nəql edilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər
İqtisadiyyat 17:14
Özbəkistan Naxçıvandan Türkiyəyə dəmir yolunun inşasında iştirak edə bilər

Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
İqtisadiyyat 14:43
Rumıniya Azərbaycandan neft idxalını 19 %-ə yaxın artırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
İqtisadiyyat 14:03
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar

ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb
İqtisadiyyat 13:19
ASCO quru yük gəmiləri ilə daşımaları 43 % artırıb


Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
İqtisadiyyat 11:58
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb


Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:27
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
SOCAR insan kapitalının inkişafına yatırımları artırır
İqtisadiyyat 10:01
SOCAR insan kapitalının inkişafına yatırımları artırır


Neftin qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:20
Neftin qiyməti ucuzlaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:13
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol