• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Azərbaycan və ermənilər arasında görüş

Azərbaycan və ermənilər arasında görüş
28.11.2013 18:12
Bu gün səhər Strasburqda, Avropa Şurasının binasında Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında görüş başlayıb.Görüş Avropa Şurasının Gənclər Mərkəzində, Avropa Şurasının siyasət şöbəsi tərəfindən təşkil olunub. APA-nın Avropa bürosunun verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Qadın İnstitutunun direktoru Səidə Əbdülvahabova, “El” Hərəkatının sədri, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun (Soros Fondu) Azərbaycan bölməsinin İdarə Heyətinin sabiq sədri İradə Bağırova, Bakı Dövlət Universitetinin müəlliməsi, dosent Niyal Barxalova, Sülh Proqramının layihə direktoru Səbinə Hüseynova, Sülh Proqramının koordinatoru Sona Məstanova və kulturoloq Toğrul Cuvarlı daxildir. Görüşdə XXI əsrdə mültikultural dünyada sülh naminə tədris, Kipr modeli üzrə sülh və barışığa nail olmaq, gələcəkdə regionda birgə layihələrin hazırlanması, Avropa Şurasının barışıq prosesindəki rolu, Kipr adasının türk və yunan mətbuatları arasındakı əməkdaşlıq modeli, münaqişədənkənar sahələrdə (elm, təhsil və s.) əməkdaşlıq yolu ilə münaqişənin tənzimlənməsinə yardım mövzularında müzakirələr aparılacaq. Görüş qapalı şəraitdə keçirilir və hələlik mətbuata heç bir açıqlama verilmir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Siyasət 11:41
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşüb
Siyasət 18:10
Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşüb
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri aparılacaq
Siyasət 17:20
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri aparılacaq
İlham Əliyevin Şimali Makedoniya Prezidenti ilə təkbətək görüşü başlayıb
Siyasət 11:25
İlham Əliyevin Şimali Makedoniya Prezidenti ilə təkbətək görüşü başlayıb
Bakı Buenos-Ayresə başsağlığı verib
Siyasət 23:05
Bakı Buenos-Ayresə başsağlığı verib
Sahibə Qafarova Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib
Siyasət 22:07
Sahibə Qafarova Rusiyanın “Dostluq” ordeni ilə təltif edilib
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb
Siyasət 21:52
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb
Şimali Makedoniya Prezidenti Azərbaycana gəlib
Siyasət 21:24
Şimali Makedoniya Prezidenti Azərbaycana gəlib
Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb
Siyasət 19:19
Sahibə Qafarova gürcü həmkarı ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol