• $ 1.7
  • € 1.8453
  • ₽ 1.9383
  • ₺ 0.0465
  • £ 2.1921

Almaniya Azərbaycana 370 milyon avro kredit verəcək

Almaniya Azərbaycana 370 milyon avro kredit verəcək
28.11.2013 18:04

Azərbaycan hökuməti və Almaniyanın Federal Hökuməti arasında “2008 - 2012-ci illərdə razılaşdırılmış layihələr üzrə Maliyyə Əməkdaşlığı haqqında Sazişi“ imzalanıb. 

ANN.Az-ın Maliyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Samir Şərifov və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Haydrun Tempelin imzaladığı sazişə əsasən Almaniyanın Federal Hökuməti KfW bankı vasitəsi ilə Azərbaycan Respublikasına 370 milyon avroya qədər güzəştli kredit verəcək. 

Hökumətlərarası sazışə əsasən bu vəsaitin böyük hissəsi (220 milyon avro) “Kommunal infrastruktur proqramı” və bununla da Gəncə və Şəki şəhərlərində əhalinin su təchizatının yaxşılaşıdırlması ilə bağlı proqram üçün nəzərdə tutulub. Eyni zamanda, “Bərpa edilən enerji və enerji səmərəliliyi üzrə açıq proqram” layihəsi üçün 130 milyon avro, “Tullantıların ekoloji baxımdan təmiz idarə olunması proqramı” üçün isə 20 milyon avro ayrılacaq. 

Sözügedən Saziş KfW bankına Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə müvafiq ssuda və maliyyələşdirmə müqavilələrini bağlıyaraq xüsusilə Gəncə və Şəki şəhərlərində su təchizatı layihəsinin növbəti mərhələyə keçməsinə imkan yaradır.

İmzalanma mərasimində qeyd olunub ki, Almaniya Federativ Respublikası və Azərbaycan Respublikası 1993-cü ildən etibarən Maliyyə Əməkdaşlığı sahəsində uğurlu və qarşılıqlı etimad ruhunda əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Almaniyanın Federal Hökuməti birgə layihələri, o cümlədən Gəncə və Şəki şəhərlərində əhalinin su təchizatının və çirkab suların axıdılmasının yaxşılaşıdırlması, tullantıların ekoloji baxımdan təmiz idarə olunması və Gəncədə vahid kadastr siseminin təkmilləşdirilməsi layihəsi dəstəkləyir. Bundan başqa, tərəflər bərpa edilən enerji və ətraf mühitin mühafisəzi habelə maliyyə sahələrində birgə əməkdaşlıq edir.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Fevralda "OPEC+" kvotası bu qədər olub
İqtisadiyyat 17:22
Fevralda "OPEC+" kvotası bu qədər olub
Azərbaycanda bahalaşan məhsulların adları açıqlanıb
İqtisadiyyat 15:26
Azərbaycanda bahalaşan məhsulların adları açıqlanıb
Qlobal Forumda bu qədər nümayəndə iştirak edəcək
İqtisadiyyat 15:17
Qlobal Forumda bu qədər nümayəndə iştirak edəcək
İki ayda ÜDM 0,2% artıb - DSK
İqtisadiyyat 14:46
İki ayda ÜDM 0,2% artıb - DSK
İki ayda əsas kapitala nə qədər investisiya qoyulub? - Rəsmi
İqtisadiyyat 14:10
İki ayda əsas kapitala nə qədər investisiya qoyulub? - Rəsmi
Əhalinin yanacaq xərcləri artıb
İqtisadiyyat 12:51
Əhalinin yanacaq xərcləri artıb
Ötən il ölkədə bal istehsalı artıb
İqtisadiyyat 12:45
Ötən il ölkədə bal istehsalı artıb
Pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 12:22
Pərakəndə ticarət dövriyyəsi artıb
Novruzda supermarket ödənişlərini Neo Visa ilə etdikdə 10%-dək KEŞBEK qazanacaqsınız!
İqtisadiyyat 12:07
Novruzda supermarket ödənişlərini Neo Visa ilə etdikdə 10%-dək KEŞBEK qazanacaqsınız!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol