• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Paytaxt sakinlərinə yeni il sürprizi

Paytaxt sakinlərinə yeni il sürprizi
28.11.2013 17:56

Yeni il ərəfələrində Dənizkənarı Milli Parkda quraşdırılacaq "yolka" sayı artırılacaq. 

Dənizkənarı Bulvar İdarəsinin rəisi müavini Nazim Məcidovun ANS PRESS-ə verdiyi məlumata görə, Milli Park ərazisində 12 "yolka" bəzədiləcək. 

Nazim Məcidovun sözlərinə görə, dekabrın 15-dən etibarən "yolka" ağaclarının bəzədilməsinə başlanacaq. Nazim Məcidov Qafqazın ən uzun "yolkası"nın Milli Parkda quraşdırılacağını da istisna etməyib: "Ola bilər Milli Parkda ən yüksək şam ağacı da bəzədilsin".

Bulvar idarəsinin rəsmisinin sözlərinə görə, yeni il ərərəfəsində Dənizkənarı Milli Park işçilərinin gücləndirilmiş iş rejimində işləyəcəklərini də söyləyib. Onun sözlərinə görə, yeni il ərəfəsində bulvara gələn şəhər sakinlərini bəzəkli şam ağaclarının ətrafında gözləyən şaxta baba və qar qız qarşılayacaq.

Nazim Məcidov bayram ərəfəsində Milli Parkda quraşdırılan monitorlarda Yeni İl ilə əlaqəli videoların nümayiş etdiriləcəyini də söyləyib.

Bayram ərəfəsində quraşdırılması başa çatan Avropanın ən hündür "Şeytan Çarxı" da bu müddət ərzində bulvara üz tutan şəhər sakinlərinin təəccübünə səbəb olacaq. N. Məcidov "Şeytan Çarxı"-nın quraşdırılması işlərinin yeni ilə kimi yekunlaşacağını da qeyd edib. 

Nazim Məcidov yeni ilə az bir müddət qalmış Bulvar ərazisində açıq havada əhali üçün pulsuz idman alətlərindən ibarət meydançanın istifadəyə veriləcəyini də bildirib.

Onun sözlərinə görə, Milli Parkın “Yeni Bulvar” adlanan hissəsində quraşdırlacaq idman meydançası açıq ərazidə olacaq və insanlar oradan pulsuz istifadə edə biləcəklər.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi rayonlarda qızların təhsil alması ilə bağlı qadağalar var - Deputat
Cəmiyyət 12:26
Bəzi rayonlarda qızların təhsil alması ilə bağlı qadağalar var - Deputat
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:25
Sabahın hava proqnozu açıqlanıb
Boşanmaların 70%-nin təşəbbüskarı qadınlardır
Cəmiyyət 12:03
Boşanmaların 70%-nin təşəbbüskarı qadınlardır
İkiayda dövriyyədən çıxarılan narkotikin miqdarı açıqlanıb
Cəmiyyət 11:50
İkiayda dövriyyədən çıxarılan narkotikin miqdarı açıqlanıb
Bu problemlər nazirliyin iş yükünü artırır - Nazir müavini
Cəmiyyət 11:49
Bu problemlər nazirliyin iş yükünü artırır - Nazir müavini
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür
Cəmiyyət 09:44
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür
Bu rayonun qazı kəsiləcək
Cəmiyyət 09:37
Bu rayonun qazı kəsiləcək
Bəzi yollarda tıxac var
Cəmiyyət 08:43
Bəzi yollarda tıxac var
Bu restoranda vaxtı keçmiş məhsullar aşkarlanıb
Cəmiyyət 23:07
Bu restoranda vaxtı keçmiş məhsullar aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol