• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadəyə imkan verməz

Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadəyə imkan verməz
05.08.2026 15:34

Rəsmi Bakı heç vaxt ölkə ərazisinin qonşu dövlətlərə qarşı istifadə edilməsinə icazə verməyəcək. Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Türkiyənin "Milliyet" qəzetinə müsahibəsində Hacıyev regiondakı geosiyasi vəziyyətin mürəkkəb olduğunu vurğulayıb.

"Geosiyasi baxımdan regionumuzda vəziyyət çox çətindir. Bakıdan 200 kilometr cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 kilometr şimalda isə Rusiya-Ukrayna müharibəsi davam edir", – o deyib.

Prezidentin köməkçisi Azərbaycanın ərazisinin İsrailin kəşfiyyat xidməti "Mossad" tərəfindən istifadə edildiyinə dair iddiaları da rədd edib.

"Biz İranı qardaş ölkə hesab edirik. Çünki bizim qardaşlarımız sərhədin, Araz çayının o tayında yaşayır. Ərazilərimizin bütövlüyü və suverenliyi bizim üçün fundamental prinsipdir. Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə müdaxilə məqsədilə istifadəyə imkan verməz", – Hacıyev bildirib.

Onun sözlərinə görə, bu cür iddiaların texniki baxımdan da əsası yoxdur.

"Bu texniki cəhətdən necə mümkündür? İsraildən buraya necə gələcəklər? Türkiyədən keçməlidirlər. Türkiyə də buna icazə verməz, Azərbaycan da. Bu necə baş verəcəkdi? Burada həm də çirkin təbliğat elementləri var", – Prezident Administrasiyasının rəsmisi qeyd edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol