• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Qaçaqmalçılıq yolu ilə narkotik gətirənlər zərərsizləşdirildi

Qaçaqmalçılıq yolu ilə narkotik gətirənlər zərərsizləşdirildi
28.11.2013 17:39
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik və psixotrop tərkibli preparatları gətirən və apteklərdə qanunsuz satışını təşkil edən şəxsləri zərərsizləşdirib.Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, həmin şəxslər cinayət başındaca yaxalanıblar.Gədəbəy rayonunda anadan olmuş, 36 yaşlı Elman Qarayev və Füzuli rayonunda anadan olmuş, 32 yaşlı Sahib Xudiyev 180 ədəd Tropin preparatını 1500 manata satarkən ələ keçirilib.Araşdırmalarla müəyyən edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkədə satışı qadağan edilmiş Tropin preparatını Elman Qarayev bir müddət əvvəl İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirib. Saxlanılan şəxslər güclü təsiredici tərkibə malik olan Tropin preparatlarını Bakı şəhərində kirayədə yaşadıqları evdə gizlədiblər. Əməliyyatçılar evə baxış keçirən zaman əlavə olaraq xeyli sayda Tropin aşkarlayaraq götürüblər.Saxlanılan şəxs Elman Qarayev ifadəsində bildirib ki, Tropin preparatını izi itirmək üçün şprislə "Naftizin" flakonlarına qablaşdıraraq satmaq üçün tanışı Sahib Xudiyevə verib.S.Xudiyev isə öz növbəsində insan həyatı üçün xüsusilə təhlükəli olan və narkotik maddə aludəçiləri tərəfindən damara yeritmə yolu ilə qəbul edilən preparatları müxtəlif apteklərdə baha qiymətə satdırıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi rayonlarda qızların təhsil alması ilə bağlı qadağalar var - Deputat
Cəmiyyət 12:26
Bəzi rayonlarda qızların təhsil alması ilə bağlı qadağalar var - Deputat
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:25
Sabahın hava proqnozu açıqlanıb
Boşanmaların 70%-nin təşəbbüskarı qadınlardır
Cəmiyyət 12:03
Boşanmaların 70%-nin təşəbbüskarı qadınlardır
İkiayda dövriyyədən çıxarılan narkotikin miqdarı açıqlanıb
Cəmiyyət 11:50
İkiayda dövriyyədən çıxarılan narkotikin miqdarı açıqlanıb
Bu problemlər nazirliyin iş yükünü artırır - Nazir müavini
Cəmiyyət 11:49
Bu problemlər nazirliyin iş yükünü artırır - Nazir müavini
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür
Cəmiyyət 09:44
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür
Bu rayonun qazı kəsiləcək
Cəmiyyət 09:37
Bu rayonun qazı kəsiləcək
Bəzi yollarda tıxac var
Cəmiyyət 08:43
Bəzi yollarda tıxac var
Bu restoranda vaxtı keçmiş məhsullar aşkarlanıb
Cəmiyyət 23:07
Bu restoranda vaxtı keçmiş məhsullar aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol