• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Ramil Usubov 37 nəfər polisi yararsız hesab etdi

Ramil Usubov 37 nəfər polisi yararsız hesab etdi
28.11.2013 17:05

Noyabrın 28-də Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərin sıra baxışı keçirilib.

DİN mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə qarşılanma olmuş, Alay komandiri, polis polkovniki Zaur Abdullayev general-polkovnik Ramil Usubova sıravi və kiçik rəis heyətində xidmətə qəbul olunacaq namizədlərin mərasimə hazır olması barədə raport verib.

DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir namizədlərin düzüldüyü ayrı-ayrı kalonları gəzmiş, onların zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti ilə maraqlanıb. Tələb olunan parametrlərə uyğun gəlməyən 37 nəfər xidmətə yararsız hesab edildiyindən sıra baxışından kənarlaşdırılıb.

Daxili işlər naziri ümumən namizədlərin hazırlıq səviyyəsindən razı qalıb, bəzi iradlarını bildirib, tapşırıq və tövsiyələrini verib.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi rayonlarda qızların təhsil alması ilə bağlı qadağalar var - Deputat
Cəmiyyət 12:26
Bəzi rayonlarda qızların təhsil alması ilə bağlı qadağalar var - Deputat
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:25
Sabahın hava proqnozu açıqlanıb
Boşanmaların 70%-nin təşəbbüskarı qadınlardır
Cəmiyyət 12:03
Boşanmaların 70%-nin təşəbbüskarı qadınlardır
İkiayda dövriyyədən çıxarılan narkotikin miqdarı açıqlanıb
Cəmiyyət 11:50
İkiayda dövriyyədən çıxarılan narkotikin miqdarı açıqlanıb
Bu problemlər nazirliyin iş yükünü artırır - Nazir müavini
Cəmiyyət 11:49
Bu problemlər nazirliyin iş yükünü artırır - Nazir müavini
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür
Cəmiyyət 09:44
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 33 il ötür
Bu rayonun qazı kəsiləcək
Cəmiyyət 09:37
Bu rayonun qazı kəsiləcək
Bəzi yollarda tıxac var
Cəmiyyət 08:43
Bəzi yollarda tıxac var
Bu restoranda vaxtı keçmiş məhsullar aşkarlanıb
Cəmiyyət 23:07
Bu restoranda vaxtı keçmiş məhsullar aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol