• $
  • €
  • ₽
  • ₺
  • £

Maradonanın ölümündən əvvəl dediyi son sözlər açıqlanıb

Maradonanın ölümündən əvvəl dediyi son sözlər açıqlanıb
08.08.2026 09:15

Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın ölümündən bir gün əvvəl masaj terapevti Nikolas Taffarelə dediyi son sözlər məhkəmədə açıqlanıb.


Taffarel Maradonanın ölümü ilə bağlı Buenos-Ayresdə keçirilən məhkəmə prosesində bildirib ki, futbolçunu sonuncu dəfə 24 noyabr 2020-ci ildə görüb və həmin vaxt onun səhhəti ciddi şəkildə pisləşmişdi.


“Heç nə istəmirəm, vəssalam”, – Taffarelin sözlərinə görə, Maradonanın ona dediyi son sözlər bunlar olub.


O bildirib ki, həyatının son iki həftəsində Maradona günlərlə yataqdan qalxmır, yemək, çimmək, paltarını dəyişmək və hətta masaj olunmaq istəmirdi.
Taffarel futbolçunun vəziyyəti ilə bağlı onun şəxsi həkimi Leopoldo Lukeyə dəfələrlə xəbərdarlıq etdiyini deyib. Onun sözlərinə görə, həkimə Maradonanın “tamamilə şişdiyini” və “26 saatdır yatdığını” bildirərək gəlməsini istəyib. Luke isə vəziyyətin normal olduğunu və şişkinliyin azalacağını bildirib.


Məhkəmədə həmçinin Maradonanın ölümündən əvvəl sidikqovucu dərmanının dayandırılması məsələsi müzakirə olunub. Taffarel bu qərarın həkimlər tərəfindən verildiyini desə də, proses zamanı qərarın kim tərəfindən və hansı tibbi əsasla qəbul edilməsi ilə bağlı ziddiyyətli ifadələr səsləndirilib.


: Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. İlkin autopsiya onun xroniki ürək çatışmazlığının yaratdığı kəskin ağciyər ödemindən öldüyünü göstərib. Futbolçunun son günlərində ona göstərilən tibbi yardım və mümkün səhlənkarlıq onun ölümü ilə bağlı cinayət işinin əsas mövzusudur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb
İdman 11:38
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb

“Sabah”ın oyununa 45 min bilet satılıb
İdman 16:29
“Sabah”ın oyununa 45 min bilet satılıb
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
İdman 17:01
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
İdman 09:15
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol