• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Trampa məktub göndərdi

İlham Əliyev Trampa məktub göndərdi
08.08.2026 21:00

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa məktubunda ötən il Vaşinqtonda keçirilmiş Azərbaycan-Ermənistan sammitindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyiş əldə olunduğunu bildirib.
Əliyev 8 avqust 2025-ci ildə ABŞ-ın ev sahibliyi etdiyi Vaşinqton sammitinin birinci ildönümü münasibətilə Trampa ünvanladığı məktubda görüşü Cənubi Qafqazda sülh prosesində dönüş nöqtəsi adlandırıb.


O bildirib ki, ötən il ərzində Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafı istiqamətində bir sıra addımlar atılıb.


“Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı, Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən isə taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac olunmağa başladı”, - Əliyev bildirib.


Prezidentin sözlərinə görə, Bakı sülhün iqtisadi və ticari faydalarını möhkəmləndirmək və iki ölkə arasında qarşılıqlı etimadı artırmaq üçün səylərini davam etdirəcək.


Əliyev məktubunda 2025-ci il Vaşinqton görüşü zamanı imzalanmış üçtərəfli Birgə Bəyannaməni, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını və ATƏT-in Minsk qrupunun ləğvinə dair birgə müraciəti regional sabitliyin təmin olunması baxımından mühüm addımlar kimi qiymətləndirib.


O, həmçinin TRIPP layihəsinin Cənubi Qafqazda nəqliyyat bağlantılarının və çoxtərəfli iqtisadi əməkdaşlığın inkişafı üçün əhəmiyyətini vurğulayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol