• $
  • £

Azərbaycanın 7 aylıq büdcə göstəriciləri açıqlanıb

Azərbaycanın 7 aylıq büdcə göstəriciləri açıqlanıb
10.08.2026 18:23

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xəzinədarlıq orqanları 748 mindən çox ödəniş tapşırığı icra edib.

Maliyyə Nazirliyinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% azdır.

Hesabat dövründə icmal büdcənin gəlirləri 28 milyard 841,8 milyon manat, xərcləri isə 23 milyard 742,4 milyon manat təşkil edib.

Dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat olmaqla illik müqayisədə 0,5%, xərcləri isə 20 milyard 174,4 milyon manat olmaqla 1,2% artıb.

Nəticədə icmal büdcədə 5 milyard 99,4 milyon manat, dövlət büdcəsində isə 3 milyard 420,3 milyon manat profisit yaranıb. Dövlət büdcəsinin profisiti illik müqayisədə 3,3% azalıb.

Yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 milyard 474,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6%, proqnozla müqayisədə isə 8% çoxdur.

Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 751,8 milyon manat olub. Bu göstərici illik müqayisədə 4,5% artıb, proqnoz isə 0,1% icra olunmayıb.

Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 32,9 milyon manat təşkil edib. Bu, illik müqayisədə 22,3%, proqnozla müqayisədə 21,5% çoxdur,sair daxilolmalar 427,8 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16%, proqnozla müqayisədə 54,4% çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 7 milyard 490 milyon manat təşkil edib. Bu, illik müqayisədə 11,3% az olmaqla proqnoz göstəricisinə uyğundur.

Büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 418,1 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 14,3%, proqnozla müqayisədə 25,9% azdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti bahalaşıb
PAŞA Bank Gürcüstanın aktivləri açıqlanıb
İqtisadiyyat 15:47
PAŞA Bank Gürcüstanın aktivləri açıqlanıb
Murad Süleymanov: PAŞA Bank səhmdarlarına 107 milyon manat dividend elan edib
İqtisadiyyat 15:36
Murad Süleymanov: PAŞA Bank səhmdarlarına 107 milyon manat dividend elan edib
PAŞA Bankın kapital adekvatlığı normativ tələbi üstələyir
İqtisadiyyat 15:32
PAŞA Bankın kapital adekvatlığı normativ tələbi üstələyir
PAŞA Bankın “yaşıl” kredit portfeli 36,8 milyon manata çatıb
İqtisadiyyat 15:28
PAŞA Bankın “yaşıl” kredit portfeli 36,8 milyon manata çatıb
PAŞA Bankın IPO-sunda 51,3 mln manatlıq səhm yerləşdirilib
İqtisadiyyat 15:25
PAŞA Bankın IPO-sunda 51,3 mln manatlıq səhm yerləşdirilib
PAŞA Bankın əməliyyat xərcləri 1,8% artıb
İqtisadiyyat 15:19
PAŞA Bankın əməliyyat xərcləri 1,8% artıb
PAŞA Bankın aktivləri 9,98 milyard manata çatıb
İqtisadiyyat 15:14
PAŞA Bankın aktivləri 9,98 milyard manata çatıb

Bakıda 12 gün komada qalan körpəxilas olundu
İqtisadiyyat 14:35
Bakıda 12 gün komada qalan körpəxilas olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol